Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə84/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   80   81   82   83   84   85   86   87   ...   159
463. "Usdül-ğabə": Ənəs rəvayət edir: Peyğəmbər (s) Təbuk döyüşündən döndükdə, Səd Ənsari onu qarşıladı və Peyğəmbər (s) onunla görüşdükdə, soruşdu: "Əllərin nə üçün qabar bağlayıb?"
Cavab verdi: Ey Allahın rəsulu! Kəndir çəkib, yer belləyir, ailəmin məişət xərclərini ödəyirəm.
Peyğəmbər (s) onun əllərini öpüb, buyurdu: " Bu əllərə cəhənnəm odu toxunmayacaq."2
464. İmam Əli (ə): Kim atası, ya övladları, ya da ki, həyat yoldaşı üçün halal ruzi qazanmaq (yolunda çalışsa), Allah-təala, (qiyamət günü) qəbir evindən, onun simasını on dörd gecəlik ay kimi parlaq ayağa qaldıracaq.3
465. İmam Zeynül-abidin (ə): Bir neçə dirhəmlə bazara gedim (ailəmin ürəyi ət istədiyi üçün) ət almağım, mənim yanımda,bir qulu azad etməyimdən daha sevimlidir.4
466. Allahın rəsulu (s): Hər kim valideynlərinin rifahı və ehtiyaclarını təmin etmək və onların heç kimə möhtac olamamaları üçün zəhmət çəkirsə, Allah yolunda addımlamış olur. Hər kim ailəsinin və övladlarının rifahı və ehtiyaclarını təmin etmək və onların heç kimə möhtac olamamaları üçün zəhmət çəkirsə, Allah yolunda addımlamış olur. Hər kim maddi ehtiyaclarını təmin etmək, kimsəyə möhtac olmamaq və insanlara əl açmamaq üçün işləyirsə, deməli bununla da Allah yolunda addım atır.
Əgər (kasıb və ehtiyaclı insanlara tənə vurmaq və var-dövlət toplayaraq) qürurlanmaq niyyətindədirsə, onda şeytana uymuş və doğru yoldan azmışdır.1
467. "Əl-Kafi": Əli ibn Əsvat Atasının vasıtəsilə rəvayət edir: İmam Sadiqdən (ə) soruşuldu: Allahın elçisi (s) ailəsini adi (hamının yediyi yeməklərlə) təmin edirdimi?
Buyurdu: "Bəli."2
468. "Əl-Kafi": Məaz rəvayət edir: İmam Sadiq (ə) mənə buyurdu: "Ey Məaz! ... Ailən üçün çalış. Qoyma ki, onlar sənin üçün çalışıb, zəhmət çəkməsinlər!"3
469. "Əl-Kafi": Musədə ibn Sədəqə rəvayət edir: İmam Sadiq (ə) səhabələrindən birinə (məktubunda) belə yazdı: "... Ruzini ələ gətirməkdə tənbəllik etmə ki, sənin yükün başqalarının (ya da ki, ailənin) üzərinə düşməsin!"4

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin