504. Allahın rəsulu (s): Mömin gəzəl rəftarı və bəyənilmiş əxlaqı, Allah-təaladan öyrənmişdir. Allah-təala ona çoxlu nemət verdiyi zaman, o da, özü üçün rifah və firavanlıq yaradar. Allah-təala onun ruzisini azaltdığı zaman isə ona uyğun davranar.4 505. Allahın rəsulu (s): Allah-təala bir kəsə çoxlu nemət verdiyi halda, o, öz ailəsini ehtiyac içərisində saxlasa; belə ki, ailəsi (məhrum qaldıqları üçün) qazan və qızardılmış yeməklərin iyini qonşulardan duysa, qonşuların cür-bəcür paltarlar geydiyini görüb, lakin onlar geyinə bilməsələr, bu şəxs bizdən deyil!1 506. İmam Zeynül-abidin (ə): Möminin xüsusiyyətlərindən biri də, budur ki: Maddi imkanı yol verdiyi qədər xərclər (bədxərclik və israf etməz), sərvəti çox olduğu halda, çox səxavət göstərər, camaatla insafla rəftar edər və (insanlara) ilk olaraq, o salam verər.2 507. İmam Sadiq (ə): Allah-təala sizə çoxlu nemət verdiyi zaman, siz də, (başqalarına qarşı) səxavətli olun. Allah-təala sizin ruzinizi azaltdığı zaman isə (məsləhətə uyğun olaraq,) yardım etməkdən əl saxlayın. Əliaçıq olmaqda, sizdən daha səxavətli olan Allahın qarşısında lovğalanmayın.3
508. Allahın rəsulu (s): Qadın əri üçün özünü bəzəməsəydi, şübhəsiz, onun qəlbində özünə yer ayıra bilməyəcəkdi.1 509. Allahın rəsulu (s): Səlta və məlta qadınlar, məndə ikrah hissi yaradır. Səlta, bəzənməyən2, Mərha isə gözünə sürmə şəkməyən qadındır.3 510. İmam Əli (ə): Müsəlman qadın, özünü əri üçün xoş ətirlə bəzəməlidir.4 511. "Əl-Mərasil": Məqatil ibn Həyyan rəvayət edir: Peyğəmbər (s) qızlarını ərə verdikdə, onlara tapşırırdı ki, qüsül almamışdan öncə, ərlərinə yaxınlaşmasınlar. Onların ərlərinə də, bu göstərişi verərdi.5 2\6