270. "Müsnədi-ibn Hənbəl": Abdullah rəvayət edir: Allahın elçisi (s) bizə qadın və sərvət düşkünü olmamağa əmr etdi.5 271. İmam Əli (ə): Səhabələirindən birinə müraciətlə: Heç vaxt zamanının çoxunu (ifrat həddə) qadın və uşaqlarına sərf etmə. Çünki, onlar Allahın dostudurlarsa, Allah-təala öz dostlarını naümid qoymaz. Əgər Allahın düşmənidirlərsə, nə üçün Allahın düşmənlərinin qəm-qüssəsini çəkəsən?1 272. İmam Baqir (ə): Ən pis atalar, məhəbbətdə ifrata varanlardır. Ən pis övladlar isə (atalarının müqabilində) məsuliyyətsizlikləri, onları itaətsizliyə sövq edənlərdir.2
İkinci fəsil
Dəyərli əxlaq və gözəl əməllər
1\2
Gözəl rəftar
يا أَيُّهَا الَّذِينَ آمَنُوا لا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّساءَ كَرْهاً وَ لا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ ما آتَيْتُمُوهُنَّ إِلاَّ أَنْ يَأْتِينَ بِفاحِشَةٍ مُبَيِّنَةٍ وَ عاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسى أَنْ تَكْرَهُوا شَيْئاً وَ يَجْعَلَ اللَّهُ فِيهِ خَيْراً كَثِيراً Qurani-kərim: "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin."1 Hədislər: 273. İmam Sadiq (ə): Kişiyə evini və ailəsini idarə etməkdə üç xislət lazımdır, hətta bu xüsusiyyətlər onda olmasa belə (onları özündə yaratmalıdır): Xoş rəftar, ifrat etmədən əliaçıq olmaq və namusunu qorumaq üçün qeyrət sahibi olmaq.2 2\2
Gözəl əxlaq
274. Allahın rəsulu (s): Əmirül-mömininə (ə) tövsiyələrində: Ey Əli! Ailənlə, qonşularınla və oturub-durduğun, əlaqə saxladığın insanlarla xoşrəftar ol ki, Allah-təala yanında ali məqamlara yetiçəsən.1 275. "Müsnədi-ibn Hənbəl": Əbu Abdullah Cədəli rəvayət edir: Aişəyə dedim: Peyğəmbər (s) ailədə necə davranırdı? Cavab verdi: Hər (şəxsdən) kəsdən daha xoşrəftar idi. Nalayiq söylə təhqir etməzdi, acı dilli deyildi. Küçə və bazarda hay-küy çıxarmazdı. Pisliyə pisliklə cavab verməzdi. Əfv edər və güzəştə gedərdi.2