276. Allahın rəsulu (s): Qiyamət günü sizlərdən mənə ən yaxın əyləşən şəxs, ailəsinə qarşı ən xoş rəftarlı olanınızdır.3 277. Allahın rəsulu (s): Ən imanlı insanlar, xoş xasiyyətli olanlar və ailələrinə qarşı ən mehriban olanlardır. Mən sizlərin arasında, ailəsi ilə ən mehriban davranan şəxsəm.4 278. Allahın rəsulu (s): Möminlər arasında imanı ən kamil olan şəxs, onların ən xoş xasiyyətli olanı və ailəsi ilə ən mehriban rəftar edənidir5 279. "Tənbihül-ğafilin": Ənəs rəvayət edir: Allahın elçisindən soruşdular: Hansı möminin imanı daha kamildir?
Buyurdu: "Ailəsi ilə yaxşı davranan şəxsin."6 280. İmam Zeynülabidin (ə): Bu dörd xüsusiyyət hər kimdə olsa, imanı kamil olar, günahları silinər, (qiyamət günü) Allah-təala oldan razı olduğu halda məhşər ayağına gələr: İnsanlara verdiyi sözə vəfalı olan şəxs, iki üzlü olmayan insan, Allahdan və camaatdan həya etdiyi üçün pis əməllərdən çəkinən şəxs və ailəsi ilə xoşrəftar olan insan.2 281. İmam Əli (ə):Gözəl əxlaqla, həyat gözəlləşər.3
3\2
Ərə layiqlı xidmət
282. Allahın Rəsulu (s): Qadının cihadı ərə layiqli xidmət göstərməkdir.4 283. "Şöbül-iman": Yəzid Ənsarinin qızı Əsma (Əbdül-əşəl tayfasından), qadınların nümayəndəsi kimi Allahın Rəsulunun (s) yanına gələrək, belə söylədi: Mən və atam-anam sənə fəda olsun! Mən qadınlar tərəfindən nümayəndə seçilib, sənin hüzuruna öndərilmişəm... Kişilər bizdən daha üstün fəzilətlərə malikdir. Belə ki, onlar daim cümə və camaat namazlarında olur, xəstələri yoluxlur, dəfn mərasimlərinə iştirak edir, həcc ziyarətinə gedir... Belə olan halda biz hansı fəzilət və mənfəətlərdə sizinlə şərikik?
Allahın Rəsulu (s) üzünü həmin qadına çevirib buyurdu: "Səni nümayəndə kimi göndərən bütün qadınlara de ki; ərə yaxşı qulluq etmək, onun istəkləri qarşısıda itaətkar olmaq, razılığını cəlb etmək kişinin qazqndığı bütün fəzilətlərə bərabərdir."1