290. Allahın rəsulu (s): Kişinin ailəsi, onun əsirləri kimidir. Allah-təala yanında ən sevimli bəndələr isə öz əsirlərinə daha çox xeyirxahlıq edənlərdir.3 291. Allahın rəsulu (s): İnsanlar Allahın ailəsidir. Allah-təala yanında ən sevimli bəndələr isə ailəsinə qarşı xeyirxah olanlardır.4 292. Allahın rəsulu (s): Möminlər arasında imanı ən kamil olan şəxs, onların ən xoş əxlaqlı olanıdır. Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən mehriban rəftar edəndir.5 293. Allahın rəsulu (s): İki zəif bəndələrə (qarşı pis davranmayın,) Allahdan qorxun! Allahdan qorxun! Yetim və qadınlar (la davranışınıza fikir verin)! Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən mehriban davranandır.1 294. "Əl-Kafi": Səmaə ibn Mehran, İmam Sadiqdən (ə) rəvayət edir: "İki zəif bəndələrə (qarşı pis davranmayın,) Allahdan qorxun! Allahdan qorxun!" Məqsədi, yetim (uşaq) və qadınlar idi.2 295. Allahın rəsulu (s): İnsanlar Allahın ailəsidir. Allah-təala yanında ən sevimli bəndələr isə ailəsinə daha faydalı olanlardır.3 296. Allahın rəsulu (s): Qadınlar barəsində sizə edilən yaxşı nəsihətləri qəbul edin.4 297. Allahın rəsulu (s): Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən mehriban rəftar edəndir.5
298. Allahın rəsulu (s): Qiyamət günü sizlərdən mənə ən yaxın əyləşən şəxs, ailəsinə qarşı ən xoş rəftarlı olanınızdır.6 299. "Əl-Kafi": Cabir ibn Abdullah rəvayət edir: Allahın rəsulu (s) buyurdu: "Sizin aranızda ən yaxşı kişilərin kimlər olduğunu açıqlayımmı?"
Dedik: Bəli, ey Allahın rəsulu!
Buyurdu: "Sizin ən yaxşılarınız, pərhizkar, pak, əliaçıq, pak dilli (dilini pisliklərdən qoruyan), iffətli və ata-anasına qarşı xoş rəftar olan, ailəsini başqalarına möhtac etməyən şəxsdir."1