320. Allahın rəsulu (s): Ey Əli! Yalnız doöru danışan insan, şəhid və Allah-təalanın dünya və axirətdə xeyrini istədiyi şəxs, ailəsinə xidmət edər.1 321. "Səhihi-Buxari": Əsvəd: Aişədən siruşuldu: Peyğəmbər (s) evində necə rəftar edirdi?
Aişə dedi: Həyat yoldaşına kömək edirdi, xidmət göstərirdi. Namaz vaxtı gəlib çatdıqda isə, namaz qılmaq üçün (evdən çıxıb) gedərdi.2 322. Allahın rəsulu (s): Kişi arvadına su içirdikdə savab qazanar.3 323. Allahın rəsulu (s): Tanrının razılığını əldə etmək üçün verdiyin hər nəfəqənin qarşılığında bir savab qazanırsan, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə.4 324. Allahın rəsulu (s): Ailənə xərclədiyin hər nəfəqə qarşılığında savab qazanırsan. Hətta həyat yoldaşının ağzına tərəf uzatdığın hər loğma üçün belə.5 325. Allahın rəsulu (s): Möminə hər bir əməli üçün savab verilər, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə.6
9\2
Ərə kömək
326. Allahın rəsulu (s): Allah-təala ərinə həcc, cihad və elm öyrənməkdə kömək edər hər qadına, Əyyubun (ə) həyat yoldaşına verilən savabı verər.1 327. Allahın rəsulu (s): Allah-təala, ərinə yeddi gün kömək edən hər qadının üzünə, cəhənnəmin yeddi qapısını bağlayar və behiştin yeddi qapısını açar ki, istədiyi qapıdan oraya daxil olsun.2 328. "Müsnədi-ibn Hənbəl": Həsin ibn Məhsən rəvayət edir: Xalası bir iş üçün Peyğəmbərin (s) hüzuruna getdi. İşi qurtardıqdan sonra Allahın rəsulu 9s) ondan soruşdu: "Ərin varmı?"
Cavab verdi: Bəliş
"Onunla necə davranırsan?"
Qüdrətim çatdığı qədər, onun hər istəyini yerinə yetirirəm.
"Onula necə rəftar etməyin barəsində ehtiyatlı ol, çünki o, sənin həm behiştin və həm cəhənnəmindir.3"4