310. Allahın rəsulu (s): Allah-təala bir ailənin xeyrini istəsə, onlara məişət həyatında mötədillik və xoşəxlaq nəsib edər.2 311. Allahın rəsulu (s):Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi onlara nəsib edər.3 312. Allahın rəsulu (s): Mülayimlik bərəkətdir, qəzəb və köbud rəftar isə bədbəxtlikdir. Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi nəsib edər. Çünki mülayimlik, olduğu hər bir yeri zinətləndirər. Kobudluq və qəzəbli rəftar, olduğu hər bir yeri kirləndirər.4 313. "Şöbül-iyman":Allah-təala bəndələrinin xeyrini istədiyi zaman, məişətdə mötədillik və mülayimliyi onlara ruzi edər. Onların (bəd əməllərinə görə) pisliyini istədiyi zaman isə, onlara məişətlərində tədbirsizliyə düçar edər.5 314. Allahın rəsulu (s): Ey Aişə! Mülayim rəftarlı ol. Doğrudan da, Allah-təala bir ailənin xeyrini istəsə, mötədillik və mülayimliyi onlara nəsib edər.6 315. Allahın rəsulu (s): Güzəştə getməyin və malyimliyin hakim olduğu elə bie ailə yoxdur ki, onun faydasını (xeyir-bərəkətini) görməsin.1 316. İmam Əli (ə): Saglam mühit (salim həyat tərzi), güzəştə getməklə birgədir.2 317. İmam Əli (ə): Qadın qəhrəman yox, (xoşətirli) bir güldür. Hər bir halda ona güzəştə get, onunla yaxşı davran ki, səfa içərisində ömür sürsən.3 8\2
Qadına xidmət
318. Allahın rəsulu (s): Sənin (kişinin) qadına xidmət etməsi, sədəqədir.4 319. Allahın rəsulu (s): Kim üç yerdə təkəbbürlülük (lovğalıq) etməsə, həqiqi mömin sayılır: Ailəsinə xidmət etdikdə, fağır (kasıb) insanlarla birlikdə əyləşməkdə və qulluqçusu ilə bir yerdə yeməkdə. Bunlar Allah –təalanın kitabında mömin adlandırdığı şəxslərin nişanələridir: "Onlar həqiqi möminlərdir.5"6