Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Aldanış da xəbərsiz qalmaq qədər zərərlidir!



Yüklə 189,59 Kb.
səhifə13/29
tarix02.01.2022
ölçüsü189,59 Kb.
#2351
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
Hərbi Hava Qüvvələri Günü bəyanatın tam mətni

İnqilabın batinində qəlbləri cəzb edən həqiqət nədir?


Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanları və işçiləri ilə görüş

Bismillahir-Rəhmanir-Rəhim...

Əziz qardaşlara, silahlı qüvvələrin mühüm bir bölməsi olan hərbi hava və havadan müdafiə qüvvələrinin çox ağır sahəsinin məsullarına xoşgəldin deyirəm. Bu gün Hərbi Hava Qüvvələri Günüdür (19 bəhmən). Hamınızı, İran İslam Respublikası Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanları və işçilərini, onların ailələrini təbrik edirəm. Sürud qrupuna da gözəl ifalarına görə təşəkkürümü bildirirəm.

Siz hər il 19 bəhmən gününü qeyd edirsiniz. 19 bəhmən şirin bir xatirəyə qayıdışdan daha uca gündür. Bəli, mühüm, şirin bir xatirədir. Belə xatirələri yaşatmağın yeri var. Amma hadisə daha böyük hadisədir. 19 bəhmən mənalı və unudulmaz hadisədir. Bu hadisə zamanı şah rejiminin aviasiya qüvvələrinin gəncləri ayağa qalxdılar və İmama (r) beyət etdilər. Bu addımı açıq-aşkar, şücaətlə atdılar. Mən özüm orada idim. Bəziləri şəxsiyyət vəsiqələrini göyə qaldırmışdılar. Bunun öz mənası, məzmunu var. Bu məzmunu hifz etmək lazımdır. Bu inqilabi bir vəzifədir. Nədir bu məzmun? Məzmun budur ki, inqilab ölkənin istənilən nöqtəsində haqq və cazibədar bir söz olaraq qərəzsiz, sağlam, agah, işıqlı qəlbləri özünə doğru çəkir. Hətta şah rejiminin hərbi hava qüvvələrini. Bu qüvvəllər hakim rejimin, hətta Amerikanın oyuncağı idi. Aviasiya qüvvələri ilə bir oyuncaq kimi rəftar edilirdi. Amerika və onun müzdurları təəssüf ki ölkəmizdə söz sahibi idilər, hökumət onların əlində idi. Hava qüvvələri ilə belə rəftar edirlər. O zaman hava qüvvələri inqilab həqiqətinin cazibəsi altında şövqə gəlib böyük bir addım atdı. Günün günorta çağı, bu qədər məmurun gözü önündə, o günün böyük təhlükələri qarşısında İmam görüşünə gəlib, İran prospektində ona beyət etdilər. Sürud oxudular, şəxsiyyət vəsiqələrini yuxarı qaldırdılar. Bu hadisənin mühüm məzmunu budur. İnqilabın batinində qəlbləri cəzb edən həqiqət nədir? Bunu bilməli və qorumalıyıq.

Ölkədən əlavə dünyada bu hadisə baş verdi. Bu inqilabda ölkənin bütün nöqtələrinə nüfuz etmək gücü vardı. Təkcə şəhərlər yox, əyalət və kəndlərdə də xalq ayağa qalxıb hərəkət edir, şüarlar səsləndirirdi. Bu şüarlar İmama tərəfdarlıq, şaha və diktaturaya müxalifət şüarları idi. Bütün millət ayağa qalxmışdı. Bundan əlavə dünya miqyasında tədricən eyni hadisə müşahidə edilirdi. Asyada, Afrikada, hətta Latın Amerikasında insanlar heyran qalmışdılar ki, dünyada bir millət Amerika, onun zorakılıqlarına qarşı çıxmaq cəsarətinə malikdir. Çətinliklə İran radiosunu, bu ölkədə baş verən hadisələri izləyirdilər. Mən İran xəbərlərini izləmək üçün fars dilini öyrənən ərəblər görmüşəm. Bu bir cazibədir. Xalq kütlələrini, ziyalıları, gəncləri, tələbələri, düşmənin ağır təbliğatı təsiri altında olmayan bütün insanları özünə çəkən inqilab cazibəsi idi. Bu hadisə hər yerdə baş verdi. Bir millətin zülmə qarşı çıxması Amerika və qərb zorlularının əsarəti altında qalmış insanları həyəcanlandırdı. Bu insanlar inqilaba tərəfdar oldular, inqilabı sevdilər. Bu hadisə hər yerdə, Asiyada, Afrikada, Latın Amerikasında baş verdi. Biz bindan yetərincə xəbərdar olduq. Çoxlu səfərlər olurdu. İnqilab və İmamın adının təsiri aydın müşahidə edilirdi.

Bəs qarşı tərəfdə nə baş verdi? Qarşı tərəfdə bu əzəmətli hərəkat əleyhinə olan güclər dayanmışdı. Onların başında Amerika dururdu. Bu böyük hərəkatın genişlənməsi, bütün millətləri cəzb etməsi, düşmənləri qorxutdu və sərt reaksiya verməyə başladılar. Ağıllarına gələn ilk iş inqilab ocağını söndürmək oldu. Bütün bu həyəcanları yaratmış ocağı söndürmək istədilər. Bu yolla başqa yerlərdə problemi təbii həll etməyi planlaşdırırdılar. Bacardıqları qədər güc işlətdilər.

Elə ilk gündən Amerika İslam Cümhuriyyəti ilə düşmənçiliyə başladı. Bunu gənclər bilsin. Bacardıqları işi gördülər. Amerika kimi bir dövlət hərbi, iqtisadi, ideoloji, təxribatçılıq baxımından nə bacarırdısa etdi. Onlar inqilaba düşmən idilər, bu gün də düşməndirlər. Onlar inqilabı qəbul etmiş xalqla düşməndirlər. Bu səhv fikirdir ki, Amerika, dünya imperializmi şəxslərlə, məsələn, İmamla ya Əli Xamenei ilə düşməndir. Belə deyil. Onlar inqilab prinsipləri ilə düşməndirlər. Müqavimət, müstəqillik tələbi, milli qürurla düşməndirlər. Bu istəkdə olan millətlə düşmənçilik edirlər. Bu düşmənçilik keçmişdə olub, bu gün də var və davam edir. Bir millərin möhkəm dayanması, düşmən təzyiqlərinə təslim olmaması onları qəzəbləndirir. Bəzi Amerika siyasətçiləri səhvə yol verib dilə gətirdilər ki, İran xalqı ilə düşməndirlər. Bu gün də Amerika və müttəfiqlərinin fəaliyyətləri bu xalqı dizə çökürmək üçündür. Bu xalqı aşağılamaq istəyirlər.

Əlbəttə ki, səhvə yol verirlər, analizləri yanlışdır. Amerikanın region hadisələri, xüsusilə əziz ölkəmizlə bağlı təhlillərinin yanlış olduğu reallıqdır. Elə bu səhvlərinə görə daim zərbə alırlar. Hesablamalarında yanılırlar.

Amerika məsullarından biri bir neçə gün öncə deyib ki, iranlılar çətinliyə düşüblər, nüvə müzakirələrində əlibağlı əyləşiblər. Burada yanlış hesablama var. İranlılar çətinliyə düşməyib. Siz 22 Bəhməndə İran xalqının nə edəcəyini, səhnəyə necə çıxacağını görəcəksiniz. Onda məlum olar ki, bu xalqın əlləri bağlıdır ya yox? İran xalqı işdə nümayiş etdirib və etdirəcək ki, əlləri bağlı deyil. Məsullar, dövlər başçıları da belədir və öz məharətləri ilə göstərəcəklər ki, bu xalqın əlləri bağlı deyil. İranı divara sıxdıqlarını düşünürlər. Səhv edirsiniz, Cənab, belə deyil. Çətinliyə düşən sizsiniz. Reallıq aydın göstərir ki, Amerika regionda və kənarda məğlubiyyətə uğrayıb. Amerika Suriyada, İraqda, Livanda, Fələstində, Qəzzədə məğlubiyyət yaşayıb. Amerika Əfqanıstan və Pakistan siyasətlərində məğlub olub. Bu millətlər Amerikaya nifrət edir. Regiondan kənarda da belədir. Amerika Ukraynada məğlubiyyətə uğrayıb. Məğlub olan sizsiniz, uzun illərdir ardıcıl məğlubiyyət yaşayırsınız!

İslam Cümhuriyyəti inkişaf edib. Bugünkü cümhuriyyət 35 il əvvəlki cümhuriyyətlə müqayisəyə gəlməz. Təcrübə toplanması, fəaliyyət sahələrinin genişlənməsi, məntəqədə qazanılmış mövqe, inqilabi dəyərlərin gənclərin qəlbinə nüfuzu kiçik işdirmi? Bunlar danılmaz həqiqətlərdir.

Müxtəlif məsələrdə hesabatları yanlışdır. Allahın fəzli, xalqın təlaşı, siz gənclərin fədakarlığı ilə bütün ölkədə, müxtəlif sahələrdə, möhtərəm komandanın yada saldığı hava qüvvələrindəki fəaliyyətlər kimi geniş fəaliyyətlər var. Bütün bu işlər iqtisadi sanksiyalar şəraitində həyata keçir. Elmdə, texnologiyada, müxtəlif sosial sahələrdə, beynəlxalq siyasətdə İslam Cümhuriyyətinin təkamülü və dəyərli təcrübələri var. Biz inkişaf edirik, bunu istəməyən düşmənin gözü kor olsun! Bacarmayan onlardır. Onlar bu ölkəni dağıtmaq istəyirdilər, İslam Cümhuriyyətinin varlığını həzm edə bilmirdilər. Siyasət, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdə bütün varlıqları ilə zərbə vurmağa çalışsalar da, istəklərinə çata bilmədilər. İslam Cümhuriyyəti inkişafını davam etdirir.

İndi nüvə məsələsini nümunə göstərirlər. Görüntü yaradırlar ki, İslam Cümhuriyyəti nüvə məsələsində çətinliyə düşüb. Amma belə deyil.

Mən deyirəm ki, əvvəla, mümkün razılaşmaya tərəfdaram. Əlbəttə ki, pis razılşmaya yox! Amerika tez-tez təkrarlayır ki, razılaşmanın olmaması pis razılaşmadan yaxşıdır. Biz də bu fikirdəyik. Biz də pis, nöqsanlı razılaşmanı milli mənafelərə zidd sayırıq. Əzəmətli İran xalqını aşağılayacaq razılaşma lazım deyil.

İkincisi, hamı bilsin ki, məsullarımız, müzakirə heyəti və dövlət sanksiya silahını düşmənin əlindən almağa çalışır.

İstəyirlər ki, bu silahı qəddar düşməndən alsınlar. Əgər bacarsalar yaxşıdır. Bacarmasalar, dostlar və düşmənlər bilsinlər ki, ölkə daxilində sanksiyaları gücdən salacaq yollar var. Belə deyil ki, sanksiya silahı qarşısıalınmazdır. Əgər çalışsaq, imkanlarımıza diqqətlə baxsaq – Allaha həmd olsun ki, belə bir ruhiyyə var – həmin silahı düşməndən almasaq da, onu təsirsizləşdirə bilərik.

Üçüncüsü, hörmətli prezident bir müddət öncə çıxışlarından birində gözəl bir nöqtəyə işarə etdi. Dedi ki, müzakirə iki tərəfin müştərək nöqtəyə çatmasıdır. Deyilənin mənası budur ki, hansısa tərəf təkcə öz istəklərinin reallaşmasını istəməməlidir. Amerikalılar belədir. Amerika və onun ardınca uşaq kimi qaçan bir neçə avropa ölkəsi strateji bir səhvə yol verirlər. Amerikaya tabe olan bu ölkələr yalnız öz istəklərinin və yalnız istədikləri şəkildə həyata keçməsini gözləyirlər. Bu səhv yanaşmadır. Müzakirə yolu bu deyil. İran tərəfi razılaşmaya kömək üçün görə biləcəyi bütün işləri görüb. Müxtəlif işlər görülüb: zənginləşdirmə maşınlarının artırılmasını dayandırıb. Müəyyən mərhələ üçün bu addımı lazımlı sayıblar. Uranın 20% zənginləşdirilməsi böyük bir uğur idi. Mütəxəssislər 5%-dən 20%-ə çatmağın nə demək olduğunu başa düşür. Bu işi də dayandırıblar. Müzakirələr bunu tələb edirdi. Texnologiya sahəsində çox böyük uğur sayılan Ərak müəsisəsinin fəaliyyəti dayandırılıb. Daxili qüvvələrin misilsiz fəaliyyətləri sayəsində yaradılmış, böyük ixtiralardan sayılacaq Fordo müəsisəsi hazırda işləmir. Deyilənlərdən görünür ki, İran tərəfi məntiqi addım atıb, müzakirələrin tələbinə cavab verib. Amma qarşı tərəf həddi aşır, həyasızlıq edir, bac istəyir. Əgər məsullar möhkəm dayansalar haqlıdırlar. Kimsə onları qınamamalıdır. Məsullarımız möhkəm dayanıblar və çalışırlar. Bəli, İslam Cümhuriyyəti əvvəlcədən məntiqi addım atıb. Biz qəbul etdirilmiş 8 illik müharibədə, qətnamənin qəbulunda məntiqi hərəkət etdik. Müharibədən bu günə qədər bütün hadisələrdə İslam Cümhuriyyəti məntiqi davranıb. Bu gün də hazırkı hadisələrdə məntiqlə hərəkət edilir. Amma qarşı tərəf məntiq nə olduğunu dərk etmir. Yalnız zora güvənirlər. Özləri deyirlər ki, İranı nüvə texnologiyalarının genişləndirilməsini dayandırmağa, müəyyən proqramları saxlamağa vadar etdik. Doğru deyirlər. İslam Cümhuriyyəti müzakirələrin məntiqinə uyğun olaraq bu işləri görüb. Amma onlar həddi aşır, qane olmurlar. İran xalqı yersiz tələblərə, zora təslim olmayacaq!..

Biz məsullarımızın başladığı, həqiqətən də təlaş göstərdiyi, vaxt qoyduğu işdə inkişafdan razıyıq. Yaxşı bir razılıq əldə edilməsinə də tərəfdarıq. Əminəm ki, İran xalqı onun şəxsiyyət və mənafelərinin qorunduğu razılaşmaya qarşı olmayacaq. Amma bu şərtlər şəksiz təmin olunmalıdır. İran xalqının ehtiramı, bu xalqın inkişafı hifz edilməlidir. İran xalqı düşmənlərin zorakı danışığını dinləməyə, bac verməyə adət etməyib. Qarşı tərəf Amerika olsun ya başqası, fərq etməz. Bir zaman Amerika ilə Sovetlər Birliyi əl-ələ verib meydan oxuyurdular. İslam Cümhuriyyəti təslim olmadı, axırda qalib gəldi. Bu gün də nəticə eyni olacaq. Bu gün də İran xalqı və İslam Cümhuriyyəti zora təslim olmayacaq.

Bu gün deyirlər ki, əvvəlcə ümumi razılşmaya gələk, sonra təfərrüat, xırdalıqlar həll edilər. Mən bu yolu bəyənmirəm. Qarşı tərəfin rəftarları barədə təcrübə göstərir ki, sabah bu xırdalıqları əllərində bəhanə tutacaqlar. Əgər razılaşma olacaqsa, cüzi və külli məsələlər tam həll olunmalı, razılaşma imzalanmalıdır. Ümumi razılığa gəlib sonra bir məsələnin şərhi üçün cüzi məsələləri araşdırmaq düzgün məntiq deyil.

Məsullarımızla qarşı tərəf arasında razılaşmalar aydın və birmənalı olmalı, şərhə yer qalmamalıdır. Sabah qarşı tərəf sözündən qaçmaq üçün bəhanə gətirə bilməməlidir. Bütün bunlar düşmənin sanksiya silahını almaq üçündür. Bunu edə bilsələr yaxşıdır. Sanksiyalar tam aradan qaldırılmalıdır. Əgər belə olmasa İran xalqı, məsullar, möhtərəm dövlətin qarşısında yol çoxdur. Sanksiya silahını gücdən salmaq üçün həmin yollar keçilməlidir.

İnşaallah 22 bəhməndə İran xalqı göstərəcək ki, onu aşağılamaq istəyənlər əks zərbə ilə üzləşəcək. Bütün xalq, bütün məsullar həmfikirdir ki, bir məmləkət üçün milli şərəf və izzət çox əhəmiyyətlidir. Əgər izzət olsa təhlükəsizlik də olacaq. Əgər təhlükəsizlik, sabitlik olsa inkişaf da elmi olacaq. Amma aşağılanan millət hər şeyi uduzacaq. Təhlükəsizliyi də, sərvəti də, hər şeyi! Milli şərəf və ləyaqət qorunmalıdır, məsullar bunu bilir. İnşaallah 22 bəhməndə xalq öz iştirakı ilə, iqtidarını göstərməklə düşməni dizə çökürəcək. Pərvərdigara! Bütün İran xalqını öz lütf və bərəkətindən bəhrələndir. Hər birimizi hidayət et. Pərvərdigara! Müharibə dövründəki, ondan qabaq və sonrakı şəhidləri, silahlı qüvvələr, hava qüvvələri şəhidlərini Peyğəmbərlə məhşur buyur.Bu mübarək hərəkatın banisi olan böyük İmamı Peyğəmbərlə məhşur et.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Fevral, 2015




Yüklə 189,59 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin