AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   2   3   4   5   6   7   8   9   ...   18
huq n aai 30 11 17

Problemin elmi işlənilmə 
səviyyəsi. Cinayət hüququ 
nəzəriyyəsində zor tətbiq etməklə özgə əmlakını talama cinayətlərinin 
müxtəlif aspektləri üzrə elmi-nəzəri araşdırmalar aparılmışdır. MDB-nin 
bəzi üzv dövlətlərində, xüsusən, Rusiya Federasiyasında bu sahədə 
tədqiqatlar daha intensiv olmuşdur. Rusiyada qüvvədə olan 1996-cı il CM-
nin qəbulundan sonra D.V.Borçenkov, İ.X.Qalimov, V.M.Vyunov, 
İ.Q.Barsukova, V.Y.Kazankov və qeyrilərinin dissertasiya tədqiqatları zor 
tətbiq etməklə özgə əmlakını talama cinayətlərinin ayrı-ayrı problem 
məsələlərinin tədqiqinə həsr olunmuşdur. 
Milli hüquq nəzəriyyəmizdə isə zor tətbiq etməklə özgə əmlakını 
talama cinayətlərinə həsr olunan elmi əsərlərin, dissertasiya tədqiqatlarının 
sayının çox olmadığı qeyd edilməlidir. Bu əsərlər içərisində 
Ç.F.Mustafayevin hüquq üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün 
1995-ci ildə müdafiə etdiyi “Проблемы уголовно-правовой борьбы с 
хищениями имущества” adlı dissertasiya işini vurğulamaq lazımdır. 
Lakin həmin elmi iş, ümumən, Azərbaycan Respublikasında sovet 
hakimiyyəti dövründə qəbul edilmiş 1960-cı il CM-nin müddəaları 
əsasında yazılmışdır. Azərbaycan Respublikasının sonuncu CM-nin 
qüvvəyə minməsindən sonra hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini 
almaq üçün N.K.Əliyev 2005-ci ildə “Qabaqcadan əlbir olan bir qrup şəxs 
tərəfindən törədilən talama əməlləri ilə cinayət-hüquqi mübarizə”, 2007-ci 
ildə F.A.Sayadav “Quldurluq əməlləri ilə mübarizənin cinayət-hüquqi 
problemləri”, N.T.Əliyev 2011-ci ildə “Soyğunçuluq əməlləri iıə 
mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri”, O.R.Aslanov 2015-
ci ildə “Mülkiyyət əleyhinə cinayətlərə görə sanksiyaların qurulmasının 
problem məsələləri” mövzularında dissertasiya işləri müdafiə etmişlər. 
Göründüyü kimi, həmin əsərlərdə talama cinayətlərinin ayrı-ayrı 
aspektləri tədqiq edilsə də, zor tətbiq etməklə özgə əmlakını talama 
cinayətlərinin tövsifi məsələləri bilavasitə tədqiqat mövzusu olmamışdır. 



Ona görə də müdafiəyə təqdim edilən dissertasiya işi milli hüquq 
nəzəriyyəsində zor tətbiq etməklə özgə əmlakını talama cinayətlərinin 
tövsifi problemlərinin kompleks və monoqrafik tədqiqi istiqamətində ilk 
cəhd sayıla bilər. 

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin