15
Cinayət Qanunnamələrində də bu termindən istifadə olunmuşdur. Sovet
cinayət qanunvericiliyində talama anlayışı ilk olaraq dövlət və ictimai
mülkiyyət əleyhinə, daha sonra isə şəxsi mülkiyyət əleyhinə olan
cinayətlərə münasibətdə
tətbiq edilmişdir. Ölkəmizin cinayət
qanunvericiliyində talamanın anlayışı təsbit olunmamışdır.
Lakin
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq,
soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3
mart 2005-ci il tarixli 1 nömrəli qərarının birinci bəndinə talamaya anlayış
verilmişdir. İşdə Ali Məhkəmənin plenumu tərəfindən talamaya verilmiş
anlayışda onun bəzi obyektiv və subyektiv əllamətləri ilə bağlı (məsələn,
təqsirkarın talanmış əmlakı başqa şəxslərin xeyrinə əvəzsiz olaraq
keçirməsi, talamanın yalnız tamah məqsədi ilə törədilməsi və s.) cinayət
hüququ nəzəriyyəsində və təcrübəsində vahid mövqeyin olmadığı və bunun
həmin cinayətlərinin tövsifində çətinliklər yaratdığı qeyd edilir.
Yarımfəsildə həmçinin cinayətin tövsifi anlayışına nəzər yetirilir,
cinayət və cinayət-proseessual hüquq sahələrində buna dair irəli sürülmüş
mövqelər ümumiləşdirilir.
Hesab edilir ki, cinayətin tövsifi cinayət-hüquqi
normaların tətbiqinin ilk mərhələsi olub, hüquqtətbiqetmə subyektlərinin
(müstəntiqin, hakimin) şüurunda baş verən məntiqi idrak prosesidir. Bu
proses ardıcıllıqla həyata keçirilən aşağıdakı hərəkətlərin məcmusundan
ibarətdir: 1) törədilmiş əməlin (hadisənin) faktik hallarının müəyyən
edilməsi; 2) əmələ görə məsuliyyət nəzərdə tutan cinayət-hüquqi normanın
seçilməsi; 3) tördilmiş əməlin əlamətləri
ilə seçilmiş cinayət-hüquqi
normada (və ya normalarda) nəzərdə tutulan cinayət tərkibinin (və ya
tərkiblərinin) əlamətləri arasında dəqiq uyğunluğun müəyyən edilməsi; 4)
törədilmiş əməlin cinayət-hüquqi qiymətinin cinayət-prosessual aktda öz
əksini tapması.
Dissertasiyanın ikinci fəsli
“Azərbaycan Respublikasında zor
Dostları ilə paylaş: