AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ


Tədqiqatın metodologiyası və metodları



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   2   3   4   5   6   7   8   9   ...   18
huq n aai 30 11 17

Tədqiqatın metodologiyası və metodları. Müəllif tədqiqatın 
metodoloji əsası kimi dialektik idrak təliminin müddəalarını rəhbər 
tutmuşdur. Dissertasiya tədqiqatı zamanı tarixi-hüquqi, müqayisəli-hüquqi, 
sistemli və kompleks yanaşma, analiz və sintez, məntiqi və statistik təhlil
ümumiləşdirmə və s. metodlardan istifadə olunmuşdur.
Tədqiqatın nəzəri əsasını həm ölkəmizin, həm də xarici ölkə 
alimlərinin cinayət hüququ üzrə yazdıqları elmi əsərlər təşkil etmişdir. 
Bundan başqa tədqiqat üçün ayrı-ayrı müəlliflərin dövlət və hüquq 
nəzəriyyəsi, konstitusiya hüququ, mülki hüquq, cinayət-prosessual hüquq 
və s. hüquq sahələrinə aid elmi əsərlər də faydalı olmuşdur. Bu sırada milli 
müəlliflərimizdən F.Y.Səməndərov, 
İ.M.Rəhimov, X.C.Ələkbərov, 
T.E.Qarayev, B.S.Zahidov, Ç.F.Mustafayev, M.B.Əhmədov,
K.N.Səlimov, H.S.Qurbanov, M.Ə.Cəfərquliyev, S.Ə.Vəliyev, 
Ş.T.Səmədova, N.K.Əliyev, R.İ.Quliyev, İ.B.Ağayev, R.Ə.Şəmsizadə, 
xarici ölkə müəlliflərindən N.S.Taqansev, M.A.Şneyder, M.D.Şarqorodski, 
Q.A.Kriqer, V.N.Kudryavsev, N.F.Kuznetsova, P.İ.Qrişayev, N.Q.İvanov, 
A.V.Naumov, B.A.Kurinov, L.D.Qauxman, A.İ.Raroq, Q.N.Borzenkov, 
A.N.Krasikov, B.V.Voljenkin, N.A.Lopaşenko, S.V.Maksimov, 
Q.N.Borzenkov, V.P.Verin, V.A.Vladimirov, L.D.Qauxman, 
V.V.Yeraksin, V.T.Kalmıkov, V.F.Kriçenko, B.A.Kurinov, Y.İ.Lyapunov, 
B.S.Nikoforov, E.A.Frolov, V.S.Proxorov, V.V.Veklenko və başqalarının 
əsərlərini xüsusilə qeyd etmək lazımdır. 
Tədqiqatın normativ əsasını beynəlxalq hüquqi aktlar, 
Azərbaycan Respublikasının Konstitusiyası, qüvvədən düşmüş və hazırda 



qüvvədə olan cinayət qanunları, bəzi xarici dövlətlərin cinayət 
qanunvericilik aktları təşkil etmişdir. 
Tədqiqatın empirik əsasını Azərbaycan Respublikası Konstitusiya 
Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 
plenumlarının qərarları, Azərbaycan Respublikası məhkəmələrinin zor 
tətbiq etməklə özgənin əmlakını talama cinayətlərinə dair işlər üzrə qəbul 
etdikləri qərarlar təşkil etmişdir. 

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin