cinayət tərkiblərinin subyektiv əlamətləri” adlanır. Zor tətbiq etməklə
özgənin əmlakını talama cinayətləri subyektiv cəhətdən yalnız birbaşa
qəsdlə xarakterizə olunur. Təqsirkar zor tətbiq etməklə özgənin əmlakını
qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxslərin
xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə maddi ziyan
vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Bu
növ talama cinayətlərində qəsdin əqli ünsürü subyektin əməlin obyektiv
cəhətinin faktik hallarını dərk etməsini əhatə edir. İddiaçı ədəbiyyatlarda
quldurluq cinayətində şəxsiyyətin toxunulmazlığına fiziki zərərin
vurulmasına psixi münasibətin yalnız birbaşa qəsd ilə deyil, dolayı qəsd ilə,
hətta ehtiyatsızlıqdan da mümkün ola bilməsinə dair bəzi müəlliflər
tərəfindən irəli sürülmüş mövqelər ilə razılaşmır və bunu quldurluq
cinayətində fəal, məqsədyönlü və zorakı hərəkətlər şəklində ifadə olunan
basqın elementinin xarakterik əlamət kimi çıxış etməsi ilə əsaslandırır.
Təqsirdən başqa motiv və məqsəd də cinayətin subyektiv cəhətinə
daxildir. CM-nin 181.1-ci maddəsində quldurluq cinayətinin məqsədi
(özgənin əmlakını ələ keçirmə) bilavasitə təsbit olunmuşdur. Zor tətbiq
etməklə törədilən talama əməllərinin subyektiv cəhətinin daha bir zəruri
əlaməti tamah məqsədi sayılır. Tamah məqsədi təqsirkarın yalnız özünün
deyil, həm də maddi vəziyyətlərində dəyişiklik yaratmaq arzusunda olduğu
digər şəxslərin mənafeyi naminə cinayətin törədilməsini nəzərdə tutur.
Məhkəmə-istintaq təcrübəsinə talama əməlinin təqsirkarın öz mənafeyi
üçün deyil, başqa şəxslərin maddi vəziyyətini yaxşılaşdırmaq və ya
müəyyən maddi öhdəliklərdən (borclardan) azad etmək etmək məqsədi ilə
törədilməsinə dair çoxsaylı faktların məlum olduğu qeyd edilir.
Azərbaycan Respublikası CM-nin 20.2-ci maddəsinə əsasən
soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə
məsuliyyət on dörd yaşdan yaranır. Bu əməllərə görə cinayət məsuliyyətinə
18
cəlb etməyə imkan verən yaş həddinin 14 yaşın tamam olmasından
müəyyən edilməsi, həm bu cinayətlərin həyata keçirilməsi üsullarının
yüksək ictimai-təhlükəliyə malik olmaları, həm də talamanın bu üsullarının
əqli və fiziki cəhətdən 14 yaşlı şəxslər tərəfindən həyata keçirilməsinin
mümkün olması ilə əsaslandırılır.
İkinci fəslin sonuncu yarımfəsli “Zor tətbiq etməklə özgənin