3.4.2.2. Sosial güzəştlər
“Sosial imtiyazlar” məsələsinin əhatə dairəsi AƏM-in məhkəmə hüququnda
şəxslərin sərbəst hərəkət etmə azadlığı kontekstində yaxşı inkişaf etdirilmiş
və geniş mənada izah edilir.
Misal: Cristini işində, ərziəçi İtalyan vətəndaşı idi, Fransada yaşayırdı
və onun sonuncu əri Aİ hüququna əsasən “işçi” idi.
118
Fransız dəmir
yolları böyük ailələrə güzəştli səyahət təklif etsələr də xanım Cristiniyə
vətəndaşlığına görə imtina etmişdilər. Bu imtina, “sosial güzəştlər”in
AB hüququ çərçivəsində yalnız əmək müqaviləsi olanlara şamil
edilməsi ilə əsaslandırılmışdı. AƏM dəmir yol gedişində azaldılmış
ödəmələr də daxil olmaqla, bütün güzəştlərin hər hansı bir
müqavilədən asılı olmamasını əsas gətirərək qeyd olunan
əsaslandırma ilə razılaşmamışdı.
Evenin işində AƏM “sosial güzəştləri” aşağıdakı kimi müəyyən etdi:
‘əmək müqaviləsi ilə bağlı olmayan, vətəndaşı olduğu ölkənin
işçilərinə əsasən onların obyektiv işçi statusu ilə əlaqədar və ya
onların milli ərazilərdə yaşama faktına görə verilən və digər Üzv
Dövlətin vətəndaşı olanlara İttifaq hüdudlarında sərbəst hərəkət
etmələrinin təmini məqsədilə verilən güzəştlərdir.
119
Bu şərt Even anlayışına uyğun olan bütün hüquqlara şamil edilir: mütləq
olaraq verilən və ya diskresion əsasla təmin edilən hüquqlar arasında heç
bir fərq yoxdur. Bundan əlavə bu müddəa pensiya hüququ kimi əmək
82
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
118. AƏM, Fiorini (née Cristini) v. SNCF, İş 32/75 [1975] ECR 1085, 30 Sentyabr 1975.
119. AƏM, Evenə qarşı Cinayət Prosesi (Criminal Proceedings against Even), İş 207/78 [1979] ECR
2019, 31 may 1979, para. 22.
münasibətləri başa çatdıqdan sonra təmin edilən sosial güzəştlər üzrə
verilən əlavə hüquqları ehtiva etmir.
120
Əsasən sərbəst hərəkət etmə
kontekstində sosial güzəştlər miqrant işçini qəbul edən Dövlətin
cəmiyyətinə inteqrasiya etməsi üçün yaradılan şərait çərçivəsində ona
verilməsi nəzərdə tutulan üstünlükləri nəzərdə tutur. Məhkəmələr də
aşağıdakı misallar üzrə sosial güzəştin müəyyən edilməsində liberal
mövqe tuturlar:
• “uşağın dünyaya gəlməsi ilə bağlı verilən faizsiz kredit. Bu kreditin
məğzinin uşaq artımının stimullaşdırılması olmasına baxmayaraq, AƏM
kreditin az təminatlı ailələr üçün əlavə gəlir olmasına əsaslanaraq, bunu
sosial güzəşt kimi dəyərləndirdi;
121
• mədəniyyət sahəsində müqavilə əsasında xaricdə təhsil alan milli işçilərin
dəstəklənməsi;
122
• cinayət prosesi üzrə məhkəmələrdə işə şəxsin vətəndaşı olduğu ölkənin
dilində baxılması hüququ.
123
Dostları ilə paylaş: |