edəcəyini bildirdi.
________________________
7. 999 UNTS 171.
8. 993 UNTS 3.
9. 660 UNTS 195.
10. 1249 UNTS 13.
11. 1465 UNTS 85.
12. 1577 UNTS 3. Bundan başqa, bir sıra Üzv Dövlətlər, Əlil Şəxslərin Hüquqları haqqında Konven-
siyaya (BM Doc. A/61/611, 13 dekabr 2006) və Zorla İtkin düşmüş Səxlərin Qorunması haqqında
Beynəlxalq Konvensiyaya (BM Doc. A/61/488, 20 dekabr 2006) qoşulublar; Lakin bu Dövlətlərdən heç
biri hələ də Bütün Miqrant İşçilərin və onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında
Beynəlxalq Konvensiyaya (BM Doc. A/RES/45/158, 1 iyul 2003) qoşulmayıblar.
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
16
versal sənədlərdə nəzərdə tutulan hüquqlardan qaynaqlanan insan
hüquqlarını özündə əks etdirir. Baxmayaraq ki, Avropa Komissiyası (yeni
Aİ hüququnu təklif etməyə məsul olan əsas qurum) təkliflərin Xartiya ilə
uzlaşacağını bildirmişdi, 2000-ci ildə qəbul olunan Xartiya sadəcə
“bəyannamə” xarakteri daşıyır.
2009-cu ildə qüvvəyə minən Lissabon Sazişi Fundamental Hüquqlar
haqqında Xartiyanın statusunu dəyişərək onu hüquqi öhdəlik yaradan
sənədə çevirdi. Nəticədə, Aİ qurumları bu sənədə tabe olmaq öhdəliyi
daşıyırlar. Aİ-na Üzv Dövlətlər isə sadəcə Aİ hüququnu tətbiq edərkən
Xartiyanın tələblərinə tabe olmaq öhdəliyi daşıyırlar. Xartiyaya, Çex
Respublikası, Polşa və Birləşmiş Krallıqla bağlı bu məhdudiyyəti yenidən
müəyyənləşdirən protokol qəbul edildi. Xartiyanın 21-ci maddəsi müxtəlif
hallara söykənən ayrı-seçkiliyi qadağan edir ki, həmin maddəyə bu
Məlumat kitabın növbəti bölmələrində yenidən toxunulacaq. Bu o deməkdir
ki, şəxslər Xartiyaya riayət edilmədiyi qənaətinə gəldikləri zaman, Aİ
qanunvericiliyindən və ya Aİ hüququna cavab verən yerli qanunvericilikdən
şikayət edə bilərlər.
Dostları ilə paylaş: