şəxsin irsi sosial, iqtisadi və ya bioloji cəhətləri baxımından nisbi statusu ilə
əlaqədardır.
234. HRC, Diergaardt and Others v. Namibia, Communication No. 760/1997, 6 September 2000.
235. Sosial mənşə, doğum və əmlak kimi əsaslar İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında 1966-cı
il tarixli Beynəlxalq Xartiyanın 2(2)-ci Maddəsində də qeyd olunur (AB-nin bütün Üzv Dövlətləri bu Pakta
qoşulub). Bax, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə, 20 Saylı Ümumi Şərh, ‘İqtisadi, Sosial
və Mədəni Hüquqlar üzrə Ayrı-Seçkiliyin olmaması’, UN Doc. E/C.12/GC/20, 10 iyun 2009-cu il, bəndlər
şəkildə əlaqələndirilə bilər. ‘Doğum’ əsasından başqa, bu əsaslarla
əlaqədar AİHM tərəfindən çox az sayda işlərə baxılmışdır.
Misal: Mazurek Fransaya qarşı işində nikahdan kənar doğulmuş bir
şəxs şikayət etmişdi ki, milli qanunvericilik onun (‘zinadan doğulmuş’
uşaq kimi) anasına məxsus əmlakın dörddə birindən artığını varis kimi
əldə edə bilməsinə imkan vermir.
236
AİHM müəyyən etdi ki, bu cür
fərqli münasibət sadəcə nikahdan kənar doğulmaq faktına əsaslanırdı
və belə fərqli münasibətə yalnız xüsusilə ‘ciddi səbəblər’ əsasında
haqq qazandırıla bilərdi. Ənənəvi ailənin qorunub saxlanması legitim
məqsəd olsa da, bu məqsədə hansı şəraitdə doğulması özündən asılı
olmayan uşağı cəzalandırmaqla nail olmaq olmaz.
Misal: Chassagnou və Başqaları Fransaya qarşı işində ərizəçilər
şikayət etdilər ki, onların öz torpaqlarından istəklərinə uyğun istifadə
etməsinə icazə verilmirdi.
237
Xüsusi regionlardakı qanunlar xırda tor-
paq mülkiyyətçilərinin üzərinə öz torpaqlarında ümumi ovçuluq
hüquqlarına təminat vermək öhdəliyi qoyurdu. Lakin, iri torpaq
mülkiyyətçilərinin bu cür öhdəlikləri yox idi və onlar öz torpaqlarından
istədikləri kimi istifadə edə bilərdilər. Ərizəçilər öz torpaqlarında ovu
qadağan etmək və öz torpaqlarından vəhşi təbiətin qorunması üçün
istifadə etmək istəyirdilər. AİHM müəyyən etdi ki, bu cür fərqli
münasibət əmlak vəziyyəti zəminində ayrı-seçkilik idi.
Sosial mənşə, doğum və əmlak kimi əsaslar İqtisadi, Sosial və Mədəni
Hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Paktın 2(2)-ci Maddəsində
də qeyd olunur. Paktın təfsiri və icrasının monitorinqi ilə məşğul olan İqti-
sadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə həmin əsasların mənalarını
özünün 20 saylı Ümumi Şərhində də verib.
Komitəyə görə, ‘sosial mənşə’, ‘doğum’ və ‘əmlak’ vəziyyəti bir-biri ilə
qarşılıqlı şəkildə əlaqəlidirlər. Sosial mənşə dedikdə ‘şəxsin irsi sosial sta-
tusu başa düşülür’. Bu, şəxsin (etnik, dini və ya ideoloji mənsubiyyət
əsasında) xüsusi sosial sinif və ya icmada doğulması yolu ilə əldə edə
bildiyi və ya şəxsin yoxsulluq və evsizlik kimi sosial vəziyyəti ilə əlaqədar
mövqeyi ilə bağlı ola bilər. Bundan əlavə, doğum əsası bir şəxsin nikahdan
131
Müdafiə olunan əsaslar
_____________________________________
236. AİHM, Mazurek Fransaya qarşı (Mazurek v. France) (No. 34406/97), 1 fevral 2000.
237. AİHM, Çassagnou və Başqaları Fransaya qarşı (Chassagnou and Others. v. France) (Nos.
25088/94, 28331/95 and 28443/95), 29 aprel1999.
kənar doğulması və ya övladlığa götürülməsi ilə bağlı statusunu da bildirə
bilər. Əmlak əsası bir şəxsin (icarəçi, mülkiyyətçi, və ya qanunsuz sakin
kimi) torpağı və ya başqa mülkiyyəti ilə əlaqdar statusu ilə bağlı ola bilər.
238
Dostları ilə paylaş: