Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


AiHM, Milanovic Serbiyaya qarşı



Yüklə 1,45 Mb.
səhifə115/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   111   112   113   114   115   116   117   118   ...   122
AiHM, Milanovic Serbiyaya qarşı

(No. 44614/07), 14 dekabr 2010

(ECtHR, Milanović v. Serbia

(No. 44614/07), 14 December 2010)

Ərizəçi, Serbiyada Hare Krişna dini icmasının aparıcı üzvü, öz mənzilinin

yaxınlığında  bir-neçə  dəfə  bıçaqlanmışdı.  O,  hücumlarla  bağlı  polisə

məlumat  vermiş  və  bildirmişdi  ki,  bu,  sağçı  ekstremist  qrupun  üzvləri

tərəfindən törədilmiş ola bilər. Polis şahidləri və bir-neçə potensial şübhəli

bilinən şəxsləri dindirmiş, amma  hücum edənlərdən hər hansı birinin kim-

liyini  müəyyənləşdirə bilməmiş və ya onların mənsub olduğu iddia edilən

ekstremist  qrup  haqqında  daha  artıq  məlumat  ala  bilməmişdi.  Polis

hesabatlarından birində ərizəçinin məlum dini mənsubiyyətinə və “kifayət

qədər qəribə görünüşünə” istinad edirdi. Daha sonrakı məruzədə onlar

bildirdi ki, ərizəçi dini mənsubiyyətini “vurğulayaraq” hadisələri ictimaiyyətə

çatdırmışdı və qeyd etdilər ki, ərizəçinin özünün özünə zərər yetirməsi də

istisna təşkil etmir. AİHM qeyd etdi ki,  irqi motivli pis davranış hallarında,

hətta bu davranış özəl şəxslər tərəfindən törədildikdə belə , dövlət orqanları

zorakılıq hücumlarını araşdırarkən hər hansı dini motivlərin mövcudluğunu

ifşa etmək və dini nifrət və mövhumatın olub olmadığının hadisələrdə rol

oynaya biləcəyini müəyyənləşdirmək üçün ağlabatan tədbirlər görmək kimi

əlavə  vəzifə  daşıyır.  Ərizəçinin  işində,  hücumçuların  ekstremist

ideologiyası ilə idarə olunan bir və ya bir-neçə sağçı təşkilata mənsub

olması şübhəsi dövlət orqanlarının təqsirkarları müəyyənləşdirmək və itti-

ham etmək məqsədi ilə yetərli qədər cəhdlər göstərməyərək bunu illərlə

uzatmasını qəbul edilməz edirdi. Bundan başqa, polisin hesabatlarından və

məruzələrindən aydın idi ki, onların ərizəçinin dini və iddialarının həqiqiliyi

ilə  bağlı  ciddi  şübhələri  var  idi.  Müvafiq  olaraq,  hətta  baxmayaraq  ki,

səlahiyyətli orqanlar ərizəçinin hücumedənlərin dini motivləri ilə bağlı bir

sıra  iddialarını  araşdırmışdılar,  bu  araşdırmalar  formal  xarakterli

araşdırmadan çox az fərqlənirdilər.

197


Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin