Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Sosial mənşə, doğum və mülkiyyət



Yüklə 1,45 Mb.
səhifə117/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   114   115   116   117   118   119   120   121   122
4.10. Sosial mənşə, doğum və mülkiyyət   

(Məlumat kitabçasının 130-cu səhifəsi)

AİƏM, Zoi Chatzi  Ipourgos Ikonomikon-a qarşı

İş C-149/10, 16 sentyabr 2010

(CJEU, Zoi Chatzi v. Ipourgos Ikonomikon

Case C-149/10, 16 September 2010)

Bu,  Valideynlik  məzuniyyəti  ilə  bağlı  Çərçivə  Müqavilənin  (Çərçivə

Müqavilə)  96/34/EC  Şura  Direktivi  və  Avropa  İttifaqı  Əsas  Hüquqlar

Xartiyası (ƏHX) ilə bağlı yunan məhkəmələrinin ilkin müraciəti idi. Müraciət

əkiz uşaq anası xanim Chatzi və onun işəgötürəni İpourgos İkonomikon

(Yunanıstan Maliyyə Nazirliyi) arasında gedən məhkəmə prosesləri zamanı

198

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı




edilmişdi.  Xanım Chatzinin əkizləri doğulduqdan sonra ona  9 aylıq ödənişli

analıq  məzuniyyəti  verildi,  amma  ikinci  məzuniyyət  verməkdən  imtina

etdilər. Məhkəmədən soruşulurdu ku, əkizlərə görə məzuniyyətin yalnız bir

hissəsini vermək ƏHX-nın 21-ci maddəsinə zidd olmaqla doğuş əsasında

ayrı-seçkilikdirmi. Əgər deyilsə, o halda Məhkəmədən soruşulurdu ki, Di-

rektivin  2(1)-ci  maddəsinə    əsasən  “doğum”  anlayışının  iki  valideynlik

məzuniyyətinə icazə verən iki ardıcıl doğuşu da ifadə etməsi kimi  inter-

pretasiya olunmalıdırmı. Əgər cavab xeyrdirsə, Məhkəmədən valideynlik

məzuniyyətinin, neçə uşağın doğulmasından asılı olmayaraq bir doğuşa

verildiyini və bunun ƏHX-nin pozuntusu sayılmayacağını təsdiq etməsi

xahiş olundu.

AİƏM  cavab  verdi  ki,  Çərçivə  Müqavilə  valideynlərə  iş  və  valideynlik

öhdəliklərini birləşdirməyə imkan vermək üçün işçi olaraq verilir. Nə Çərçivə

Müqavilədə, nə də ƏHX-da uşağa verilmiş valideynlik məzuniyyəti ilə bağlı

hüquq yoxdur. Müvafiq olaraq,  əkizlərə görə bir valideynlik məzuniyyəti

verilməsində doğuşa görə heç bir ayrı-seçkilik yoxdur. Məhkəmə daha

sonra bildirdi ki, Çərçivə Müqavilə  avtomatik olaraq  hər doğulmuş uşağa

görə  ayrıca  valideynlik  məzuniyyəti  verilməlidir  şəklində  interpretasiya

oluna bilməz. Bildirildi ki, Çərçivə Müqavilə yalnız minimum tələblər irəli

sürür və qaydalara bu tənzimləmə Aİ üzv dövlətlərə tələb olunan minimum

3 aylıq valideynlik məzuniyyətindən daha artıq müddət müəyyənləşdirməyə

icazə verilir. Ancaq AİƏM şərh etdi ki, Aİs üzv dövlətlərinin daxili qanun-

vericiliyi Çərçivə Müqavilənin dəyişdirəcək tədbirlər qəbul edərkən bərabər

davranış  prinsipini  əsas  götürməlidirlər  və  əmin  olmalıdırlar  ki,  əkiz

uşaqların 

valideynlərin 

ehtiyaclarını 

nəzərə 


alan 

qaydalar


müəyyənləşdirirlər. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin