Az ə rbaycanda Pe şə


Aborka ilə hazırlanan yaxalıqlar



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə37/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   33   34   35   36   37   38   39   40   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Aborka ilə hazırlanan yaxalıqlar. Bunun üçün əvvəlcə köbəni kəsib onun aşağı kənarını 
ikiqat qatlayıb maşın tikişi ilə yaxud gizli tikişlə tikirlər. Sonra köbəni lazımi büzmə alınana qədər büzüb 
sapların ucunu düyünləyirlər. Köbənin tərs tərəfini alt yaxalığın üst tərəfi ilə üz-üzə qoyub kənarlarını 
bərabərləşdirir, kökləyirlər. Kökləyərkən elə etmək lazımdır ki, künclərdə büzmə çox alınsın. Sonra maşın 
tikişi vasitəsilə kökləmə tikişinin üstündən gedirlər. Qalan əməliyyatlar isə iki hissədən ibarət yaxalıqların 
hazırlanmasında olduğu kimidir. Amma burada yaxalığı alt yaxalıq tərəfdən aborkanın tikildiyi xətt üzrə 
tikirlər.

Dayaqlı yaxalıqların hazırlanması. Dayaqlı (stoyka) yaxalıqları hazırlamaq üçün biçilmiş 
yaxalığı üst tərəfi içəri olmaq şərti ilə ikiqat qatlayıb kənarlarını kökləyir və maşınla tikirlər. Sonra 
künclərdə tikişin artığını kəsir, yaxalığı üst tərəfə çevirir və alt yaxalıq tərəfdən kənarlarını kökləyib 
ütüləyirlər. 

Yaxalığın boyun yerinə birləşdirilməsi 
Yaxalığı paltarların boyun yerinə birləşdirdikdə bortaltı ilə qabaq hissə üz-üzə uyğunlaşdırılıb 
aralarına üzü yuxarı olmaqla yaxalıq qoyulur və bortaltı tərəfdən çiyin tikişinə 1,5-2,0 sm qalana qədər 


42 
0,7-1,0 sm enində tikilir. Bu zaman bort da çevrilən tikişlə işlənilir (Şəkil 3.9 a). Üst yaxalığın tikiş payı 
çərtilib üzü yuxarı qoyulur. Alt yaxalıq isə arxa hissənin boyun yerinə birləşdirilir. Üst yaxalıq alt yaxalığın 
üstünə çevrilib, onun tikişinə uyğunlaşdırılır. Üst yaxalığın boyun yerinə tikiləcək kəsiyi içəri qatlanıb arxa 
hissənin boyun yerinə basdırılır (Şəkil 3.9 b). 
Şəkil 3.9 Yaxalıqların yaxa yerinə birləşdirilməsi 
Boğaza qədər düymələnən geyimlərdə boyun yerinə yatan yaxalığı birləşdirmək üçün alt yaxalıq 
(üz tərəfi içəri olmaqla) boyun yerinə qoyulub, çərtikləri və kəsikləri bərabərləşdirildikdən sonra alt 
yaxalıq tərəfdən 0,7-1,0 sm enində tikilir (şəkil 3.9 c). Üst yaxalığın kəsiyi içəri qatlanıb (alt yaxalığın 
tikişini örtməklə) boyun yerinə birləşdirilir. əgər üst yaxalıq alt yaxalıqdan 1 sm enlidirsə onda alt yaxalıq 
boyun yerinə qoyulub, geyimin içəri tərəfindən tikilir. Yaxalığın ucu bort ilə bortaltının arasına geydirilir 
(şəkil 3.9 ç), üz tərəfə döndərilir, tikiş düzəldilir və üst yaxalığın qatlanma payı içəri qatlanır (şəkil 3.9 d), 
sonra həmin yerdən 0,1-0,2 sm enində (yaxalığın tikiş payını örtməklə) baxyalanır. Bu tikiş yaxalığın 
başlanğıcında və sonunda 0,8-1,5 sm uzunluğunda bortaltının üstünə keçməlidir. Qalın parça və trikotaj 
polotnosundan olan geyimlərdə üst yaxalığın oturacaq kəsiyi qabaqcadan ilməklənir. Üst yaxalığın tikiş 
payı içəri qatlanmadan geyimin boyun yerinə ilməklənən kəsikdən 0,4-0,5 sm məsafədən baxyalanır. 
Üst yaxalıq da boyun yerinə tikilə bilər. Bu halda onun üst tərəfi geyimin üstünə qoyulub kəsikləri 
bərabərləşdirilir və boyun yerinə tikilir. Tikiş payı yaxalığa tərəf yönəldilir. Alt yaxalıq səliqəyə salınıb 
kəsiyi içəri qatlanmaqla boyun yerinə elə tikilir ki, üst yaxalığın tikişini örtsün. Modadan asılı olaraq 
pambıq parçadan və trikotaj polotnosundan olan geyimlərdə yaxalıq 0,7-0,8 sm enində bərkidib-
ilməkləyən maşında birləşdirilir (şəkil 3.9 e). Yaxalığın üst tərəfi bortaltı ilə bortun arasına qoyulub 
bortun ucu ilə eyni zamanda tikilir. Bort çevrildikdən sonra yaxalığın boyun yerindəki tikiş payı ondan 
0,4-0,5 sm aralı geyimə baxyalanır. 


43 
3.1.2. Tələbələr üçün fəaliyyətlər 

3 tələbə müxtəlif növ yaxalıqlar haqqında əlavə mənbələrdən istifadə edərək hər biri 
bir təqdimat hazırlayır. Dərsdə bu təqdimatları nümayiş edirlər. 

Digər tələbələr bu təqdimatlara öz rəylərini bildirirlər və gizli səsvermə üsulu ilə hər 
birinə ayrılıqda 1-dən 10-a qədər bal verərək qiymətləndirirlər. 

4 qrupa bölünün. Müəllim lövhədə açar söz yazır və qruplara vatman kağızı paylayır. Hər 
qrup kağız üzərində açar sözə aid bildiklərini yazır. Kağızlar lövhədən asılır və müzakirə 
aparılır.

Tələbələr emalatxanada müxtəlif yaxalıqları tikirlər. 
3.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin