İlgəklərin növləri və hazırlanması Ilgəklər təyinatına görə müxtəlif olurlar. Məsələn, gözlü ilgəklər, çərçivəli ilgəklər, köbəli ilgəklər,
qaytanlı ilgəklər. Ilgəklərdən bortlarda, manjetlərdə, şalvarda, ətəkliklərdə və s. məmulatlarda bağlamaq
üçün istifadə olunur. Ilgəklər uzununa və eninə açılırlar. Qadın geyimlərində ilgəklər sağ tərəfə, kişi
geyimlərində isə sol tərəfə açılır.
Gözlü ilgəklər. Bu ilgəklər əsasən kişi, qadın və uşaq geyimlərində, hərbi geyim
şinellərində və s. məmulatlarda hazırlanır. Gözlü ilgəklər sadə görünüşlü olub eyni zamanda məmulatın
əsas hissəsinə forma vermək üçün tikilir. Gözlü ilgəkləri ilmələdikdə 1 sm-də tikişlərin sayı 6-10 olur,
onları 3-7
№
-li ipək sapla, yaxud 10-20
№
-li pambıq sapla hörürlər (Şəkil 3.11 a).
Şəkil 3.11 a) Gözlü ilgəklər; b) Çərçivəli ilgəklər
Çərçivəli ilgəklər. Bu ilgək çox vaxt xüsusi maşında, az hallarda əl ilə icra edilir. Ilgəyin
yerini məmulat hissəsinin üz tərəfində köməkçi ülgü vasitəsilə iki nöqtə ilə elə nişanlayırlar ki, onlar
sonrakı işlənmə zamanı ilgəyin kəsiyi xəttinə düşsün (Şəkil 3.11. b). Tikiş maşını platforması üzərində
ilgəklər arasındakı məsafəni təyin edən xüsusi tərtibat olduqda ancaq bir nöqtə qeyd edilir. Bu ilgəyi
ilmələyib qurtardıqdan sonra onu tərtibata geydirir və sonrakı ilgəyi ilməkləyirlər. Makaradakı aşağı sapı
ipək sap olmalıdır. Ilmələdikdən sonra sapların uclarını kəsirlər. Ilgəyin ölçüsünü müəyyən hədlərdə
tənzim edirlər. Ilgəyi əl ilə işlədikdə onu iki nöqtə ilə nişanlayırlar: onlardan biri ilgəyin ölçüsünü, o biri
ilgəyin istiqamətini müəyyən edən kəsilmə xəttini göstərir. Nişanladıqdan sonra ilgəyin yerini kəsirlər,
sonra ilməli tikişlə ilmələməyə başlayırlar (ilmələmə avand üzdən kəsik boyu davam edir). Ilmələmə
prosesində tikişin sıxlığı sapın qalınlığından asılı olub tikişin 1 sm-də 15-dən 20-dək dəyişir. Tikişin ölçüsü
parçanın kəsiyinin sökülmə dərəcəsindən asılı olaraq 0,1-0,3 sm həddində dəyişir. Tikişləri ilgəyin
kəsiyindən və bir-birindən eyni məsafədə yerləşdirir və sapı eyni qüvvə ilə çəkirlər. Ilgəyin sonunda kəsik
xəttinə perpendikulyar bəndləyirlər. Sapın uclarını hissənin tərs üzünə çıxarır, bərkidir və kəsirlər. Ilgəyin
uzunluğu düymənin diametrindən asılıdır. İlgəyi 50-80
№
-li pambıq sapla, yaxud 65-75
№
-li ipək sapla
ilmələyirlər.