Az ə rbaycanda Pe şə


İlgəklərin növləri və hazırlanması



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə39/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   35   36   37   38   39   40   41   42   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

İlgəklərin növləri və hazırlanması 
Ilgəklər təyinatına görə müxtəlif olurlar. Məsələn, gözlü ilgəklər, çərçivəli ilgəklər, köbəli ilgəklər, 
qaytanlı ilgəklər. Ilgəklərdən bortlarda, manjetlərdə, şalvarda, ətəkliklərdə və s. məmulatlarda bağlamaq 
üçün istifadə olunur. Ilgəklər uzununa və eninə açılırlar. Qadın geyimlərində ilgəklər sağ tərəfə, kişi 
geyimlərində isə sol tərəfə açılır. 

Gözlü ilgəklər. Bu ilgəklər əsasən kişi, qadın və uşaq geyimlərində, hərbi geyim 
şinellərində və s. məmulatlarda hazırlanır. Gözlü ilgəklər sadə görünüşlü olub eyni zamanda məmulatın 
əsas hissəsinə forma vermək üçün tikilir. Gözlü ilgəkləri ilmələdikdə 1 sm-də tikişlərin sayı 6-10 olur, 
onları 3-7 

-li ipək sapla, yaxud 10-20 

-li pambıq sapla hörürlər (Şəkil 3.11 a).
Şəkil 3.11 a) Gözlü ilgəklər; b) Çərçivəli ilgəklər 

Çərçivəli ilgəklər. Bu ilgək çox vaxt xüsusi maşında, az hallarda əl ilə icra edilir. Ilgəyin 
yerini məmulat hissəsinin üz tərəfində köməkçi ülgü vasitəsilə iki nöqtə ilə elə nişanlayırlar ki, onlar 
sonrakı işlənmə zamanı ilgəyin kəsiyi xəttinə düşsün (Şəkil 3.11. b). Tikiş maşını platforması üzərində 
ilgəklər arasındakı məsafəni təyin edən xüsusi tərtibat olduqda ancaq bir nöqtə qeyd edilir. Bu ilgəyi 
ilmələyib qurtardıqdan sonra onu tərtibata geydirir və sonrakı ilgəyi ilməkləyirlər. Makaradakı aşağı sapı 
ipək sap olmalıdır. Ilmələdikdən sonra sapların uclarını kəsirlər. Ilgəyin ölçüsünü müəyyən hədlərdə 
tənzim edirlər. Ilgəyi əl ilə işlədikdə onu iki nöqtə ilə nişanlayırlar: onlardan biri ilgəyin ölçüsünü, o biri 
ilgəyin istiqamətini müəyyən edən kəsilmə xəttini göstərir. Nişanladıqdan sonra ilgəyin yerini kəsirlər, 
sonra ilməli tikişlə ilmələməyə başlayırlar (ilmələmə avand üzdən kəsik boyu davam edir). Ilmələmə 
prosesində tikişin sıxlığı sapın qalınlığından asılı olub tikişin 1 sm-də 15-dən 20-dək dəyişir. Tikişin ölçüsü 
parçanın kəsiyinin sökülmə dərəcəsindən asılı olaraq 0,1-0,3 sm həddində dəyişir. Tikişləri ilgəyin 
kəsiyindən və bir-birindən eyni məsafədə yerləşdirir və sapı eyni qüvvə ilə çəkirlər. Ilgəyin sonunda kəsik 
xəttinə perpendikulyar bəndləyirlər. Sapın uclarını hissənin tərs üzünə çıxarır, bərkidir və kəsirlər. Ilgəyin 
uzunluğu düymənin diametrindən asılıdır. İlgəyi 50-80 

-li pambıq sapla, yaxud 65-75 

-li ipək sapla 
ilmələyirlər. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin