Az ə rbaycanda Pe şə


“Ciblərin hazırlanma qaydasını bilir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə36/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   32   33   34   35   36   37   38   39   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Ciblərin hazırlanma qaydasını bilir” 

Qapaqlı kəsik cibin hazırlanma ardıcıllığını izah edin. 

Podzor nə üçündür və ondan nə məqsədlə istifadə edilir? 

Listikli cibi təşkil edən hissələri sayın. 

Çərçivəli kəsik cibin hazırlanmasında hansı hissələrdən istifadə olunur? 

Üstdən qoyma cibin hazırlanma ardıcıllığını söyləyin. 


41 
3.1.1. Müxtəlif növ yaxalıqları tikir 

Yaxalığın hazırlanması
Yaxalıqlar formasına görə müxtəlif olurlar. Onları ya geyimin öz parçasından, ya 
da ki, bəzək kimi ayrı parçadan hazırlayırlar. Yaxalıqlar bir qat və ikiqat olurlar.

İkiqat yaxalığın hazırlanması. Bir hissədən ibarət olan yaxalıqları 
hazırlamaq üçün onları uzununa iki qat qatlayıb kənarlarını bərabərləşdirirlər. 
Sonra yaxalığın son kənarlarını 0,5-0,7 sm enində bir-birinə tikirlər. Künc hissədə 
tikişin artığını kəsib yaxalığı üst tərəfə çevirir, künclərini və tikişini düzəldirlər. Sonra yaxalığın son kənar 
tərəflərini kökləyir və ütüləyirlər. əgər yaxalıq iki hissədən ibarət olarsa, yəni alt və üst yaxalıqdan, onda 
alt yaxalığı üst yaxalıqdan 0,3 sm əskik götürürlər. Üst və alt yaxalığı bir-birinə kökləyirlər və maşın tikişi 
ilə tikirlər. Künclərdə tikişin artığını kəsib üst yaxalıqdan 0,1-0,2 sm enində kant əmələ gətirməklə 
yaxalığın kənarını kökləyirlər (şəkil 3.8. a). Yaxalığı üst tərəfdən kökləyərkən ipək sapdan istifadə etmək 
daha əlverişlidir. Çünki pambıq sapın parçada izi qalır. 

Birqat yaxalıqlar. Birqat yaxalıqlardan nazik parçalardan hazırlanan geyimlərdə istifadə 
edilir. Birqat yaxalığın forması müxtəlif ola bilər. Yaxalığın kənarları bir qat və iki qat köbə ilə hazırlanır. 
Yaxalığı hazırlayarkən köbəni ya yaxalığın çəpinə istiqamətdə, ya da ki, yaxalığın formasında kəsirlər. Iki 
qat köbələri tərs üzü içəri olmaq şərti ilə uzununa qatlayıb ütüləyirlər. Bir qat köbələrin isə bir tərəfini 
0,5-0,7 sm enində tərs tərəfə qatlayıb ütüləyirlər. Sonra bir qat və iki qat köbənin üz tərəfini yaxalığın 
tərs tərəfinin üzərinə qoyub, kənarları bərabərləşdirirlər və 0,5 sm enində kökləyir və maşın tikişi ilə 
tikirlər. Tikişin artığını kəsib yaxalığın dartılan yerlərində çırt vururlar. Sonra köbənin qatlanmış hissəsini 
yaxalığa kökləyir 0,1 sm enində maşın tikişi ilə tikirlər və ya gizli basdırma tikişi ilə köbəni yaxalığa 
birləşdirirlər. Bəzən parçanın xassəsindən asılı olaraq yaxalığı oturacaq kəsiyi xüsusi maşında hörmələnir 
və ya köbə ilə haşıyələnir (şəkil 3.8 b). 
Şəkil 3.8 Yaxalığın hazırlanması 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin