Az ə rbaycanda Pe şə


Ətəkliyin biçilmiş hissələri



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   40   41   42   43   44   45   46   47   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Ətəkliyin biçilmiş hissələri: Əsas parçadan biçilmiş hissənin sayı ətəkliyin modelindən 
asılıdır. Əgər ətəklik astarla hazırlanırsa, o əsas parçanın rənginə uyğun seçilməlidir. Ətəkliyin 
hazırlanması üçün aşağıdakı biçilmiş hissələr lazımdır: birtikişli ətəklik üçün - əsas parçadan bir hissə; 
ikitikişli ətəklik üçün – iki hissə; üçtikişli ətəklik üçün isə üç hissə biçilir və s., korsaj lenti – 1, asılqan – 2, 
astar – 1. Əgər ətəklik koketkalı və ya ciblərlədirsə, modeldən asılı olaraq bu hissələr də biçilməlidir. 

Ətəklikdə qarsaqların yerlərinin təyini və hazırlanması. Ətəklikdə qarsaqların sayının 
və yerinin təyini modeldən və sifarişçinin bədən quruluşundan asılıdır. qabaq qarsaqların yeri mərkəzi 
xətdən 7-10 sm məsafədə, uzunluğu 10-12 sm arasında, qarsağın eni isə bel xəttində 1-3 sm qəbul edilir, 
arxa qarsaqların yeri mərkəzi xətdən 8-10 sm məsafədə. Qarsağın uzunluğu 15-17 sm, qarsağın eni isə 
bel xəttində 2,5-4 sm arasında qəbul edilir. Yan qarsaqların yeri yan kəsikdən 2-3 sm məsafədə, uzunluğu 
15-20 sm məsafədə, eni isə bel xəttində 3-7 sm olmalıdır. Əgər sifarişçinin bel çevrəsi ilə omba çevrəsi 
arasındakı fərq çox böyükdürsə, onda ətəkliyin arxa və qabaq hissələrində 2 ədəd yox, 4 ədəd qarsaq 
tikilə bilər. Onda qonşu qarsaqlar arasındakı məsafə 3-4 sm olmalıdır. 
Ətəkliklərdə bağlama yeri müxtəlif üsul ilə hazırlana bilər: köbələrlə, açıq və gizli “molniya” 
zəncirbəndi ilə sol yan tikişdə, qatlamaların və bəzək tikişinin daxilində, arxada mərkəzdə və s. Ətəkliyin 
yan kəsiyi birləşdirildikdə sol yan tərəfdə 17-18 sm məsafə tikilməmiş saxlanılır, yan tikişlər hər iki tərəfə 
açılaraq ütülənir. Hal-hazirda bağlama yerini açıq və gizli “molniya” zəncirbəndi ilə hazırlamaq daha 
məqsədə uyğun sayılır. 

Ətəklikdə qatlamaların hazırlanması. Qızlar və gənc qadınlar ətəklikdə müxtəlif növlü 
və görünüşlü qatlamalardan istifadə edə bilərlər: bir tərəfə ardıcıl qatlamalar, qarşılıqlı qatlamalar, 
bantşəkilli qatlamalar və s. Bu qatlamaların gözəl görünməsi üçün modaya uyğun və eləcə də, hər bir 
insanın şəxsi zövqü nəzərə alınaraq qatlamaların üzərindən bəzək tikişi vurula bilər (Şəkil 4.2 c, e). Yaxud 
zövqə görə yuxarı hissə koketka ilə, koketkaların altından isə qatlamalar etmək olar (şəkil 4.2 a, f). 
Qatlamaların növündən və görünüşündən asılı olmayaraq, onların hazırlanma metodu eynidir. 
Qatlamaların eni parça üzərində qeyd edilir. Bu, santimetr lenti və ya ülgü vasitəsilə edilə bilər. Sonra 
qatlamalar düzünə kök tikişi ilə köklənir və isti nəmləndirmə vasitəsilə ütülənir. Qatlamaların üzərində 
müəyyən edilmiş modelə görə bəzək tikişi vurulur, kök tikişləri sökülür (şəkil 4.2 a). Bundan başqa, 
ətəkliklərdə qatlamalar birləşdirici və üstdən bəzək tikişli hazırlana bilər (şəkil 4.2. b). Astar tərəfdən 
qatlamanın mərkəzi müəyyən edilir (ülgü və ya santimetr lenti vasitəsilə) və qatlamanın eni təyin edilir. 
Modelə görə müəyyən edilmiş qatlama əvvəlcə düzünə kök tikişi ilə köklənir və kök tikişindəki 0,1 sm 
məsafədə maşında tikilir. Qatlama bir tərəfə və ya qarşılıqlı ola bilər. Isti-nəmləndirmə əməliyyatı 
vasitəsilə bir tərəfli qatlama bir tərəfə, qarşılıqlı qatlama isə iki tərəfə qatlanaraq ütülənir. Sonra üst 
bəzək tikişinin eni modelə görə birtərəfli qatlamada bir tərəfdə, qarşılıqlı qatlamada isə hər iki tərəfdə 
tabaşir və xətkeş vasitəsilə qeyd edilir və aşağı bucaq altında nəticələnir (şəkil 4.2 c, ç). Qeyd olunmuş 
xətt üzrə bir və ya paralel iki tikişlə üz tərəfdən bəzək tikişi vurulur. Bundan başqa, müasir ətəkliklərdə 
birləşdirici, eyni zamanda, qarşılıqlı və ya bir tərəfə olan, üstdən bəzək tikişi ilə nəticələnərək qatlamalı 
element ilə də hazırlamaq olar (şəkil 4.2 d, e, ə). Bir tərəfli qatlamada (şəkil 4.2 d) astar tərəfdə ülgü 
vasitəsilə və ya santimetr lenti ilə qatlamanın qat xətti qeyd edilir, kənar tərəfdən 1 sm məsafədə 
qatlamanın bir tərəfi və eləcə də, ətəkliyin birləşdirici tikişi yerinə yetirilir. Sonra qatlamanın digər boş 
qalan hissəsi maşında tikilir. Qarşılıqlı qatlamalı və eyni zamanda, hissənin birləşdirmə tikişi ilə 
hazırlanan ətəkliklərdə isə (şəkil 4.2 e) qatlamanın eni qədər əsas parçadan zolaq biçilir və hər iki 
tərəfdən qatlamanın tikiş payına 1 sm məsafədə əvvəlcə köklənir, sonra isə maşında tikilir. Sonra 
qatlamanın müəyyənləşdirilmiş eni maşında tikilir.


51 
Şəkil 4.2 Qatlamaların hazırlanması 
Bir tərəfli və qarşılıqlı qatlamaya üst tərəfdən müəyyən edilmiş və ya modelə görə bəzək tikişi 
vurulur. Bəzək tikişi iki iynəli maşında paralel tikişlə yerinə yetirilə bilər. Bir tərəfli qatlamanı bir tərəfə, 
qarşılıqlı qatlamanı isə iki tərəfə açaraq nəm parça vasitəsilə ütüləyirlər. Mürəkkəb konfiqurasiyalı bir 
tərəfli qatlamanın hazırlanması, eyni zamanda birləşdirici tikişin yerinə yetirilməsi üçün konfiqurasiya 
xətti müəyyənləşdirilir (şəkil 4.2. ə). Qeyd olunmuş xətt üzrə qatlamanın kənarı 1 sm tikiş payı 
saxlanılmaqla kəsilir. Həmin xəttə görə qatlamanın alt hissəsi kəsilir və üz-üzə qoyularaq 0,7 sm 
məsafədə birləşdirilir. Küncdə tikiş payı kəsilir, 0,2 sm saxlanılır. Üz tərəfə çevirib alt tərəfdə kant əmələ 
gətirməklə, isti-nəmləşdirmə vasitəsilə əvvəlcə tikiş, sonra isə qatlama ütülənir. Əvvəlcə kənar kəsiklər 
üz-üzə qoyularaq 1 sm məsafədə, sonra isə boş qalan qatlamanın digər hissəsi maşında tikilir. Üz 
tərəfdən bəzək tikişinin eni müəyyən edilir və tikilir. Hazır qatlama nəm parça vasitəsilə üz tərəfdən 
ütülənir. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin