48
Axındakı əmək rejiminə işçilər kütləvi qaydada riayət etməlidirlər. Onlar axının ümumi ritminə
görə bir – biri ilə əlaqədardır. Odur ki, kiçik bir intizamsızlıq əmək rejiminin pozulmasına səbəb ola bilər.
İşçilər icra etdikləri əməliyyatı texniki normaların tələbinə müvafiq ardıcıl və müəyyən müddətdə yerinə
yetirməyə borcludurlar. Bu rejimlərin tam ödənilməsi hər bir iş yerində və bütün axında
prosesin
ritmliliyini təmin edir. Axında bir növbədə istehsal edilən məhsulun miqdarı və ya işçilərin sayı onun
mühüm göstəricisi – gücü hesab olunur. Hazırda tikiş müəssisələrində az, orta və çox güclü axınlardan
istifadə edilir.
Azgüclü axınlar geniş çeşiddə məmulat istehsalına imkan versə də, onlardakı avadanlıqlardan
tam istifadə edilmir. İşçinin ixtisas dərəcəsi aşağı olduğu üçün istehsalı kompleks mexanikləşdirmə və
avtomatlaşdırma mümkün olmur. İş vaxtı itkisi çox, əmək məhsuldarlığı az, işlənilmə qiyməti yüksək olur.
Orta güclü axınlarda isə xüsusi maşınlardan lazımi dərəcədə istifadə edilir. Burada azgüclü axına
nisbətən əmək məhsuldarlığı 10 – 30 % artır, təşkilati əməliyyatlar vaxt cəhətdən yaxşı uzlaşır.
Çoxgüclü axınlarda əmək bölgüsünə və işçilərin ixtisasından tam istifadə edilməsinə şərait
yaranır. Ən mütərəqqi iş qaydalarından, müasir avadanlıqdan və istehsalın təşkilinin qabaqcıl
formalarından istifadə etmək olar. Lakin bu axın xətləri texniki – iqtisadi göstəricilərin yüksəldilməsinə
maneçilik törədir və idarəetməni çətinləşdirir. Bu baxımdan orta güclü axın xətti az və çox güclü axın
xəttinə nisbətən daha əlverişlidir. Çünki bu axında yüksək texniki – iqtisadi göstəricilər əldə edilir.
3.3.2. Tələbələr üçün fəaliyyətlər
Emalatxanada tələbə axını yaradılır və hansısa bir məmulatın kiçik hissələri hazırlanır.
Üç qrupa bölünün və liderinizi seçin. Müəllim qruplara üzərində sual yazılmış iş vərəqləri
paylayır. Qruplar sualı müəyyən vaxt ərzində vərəq üzərində qısa formada cavablandırır.
Vaxt bitdikdə vərəqlər lövhədən asılır. Liderlər suallara daha geniş, dolğun cavab verirlər və
digər tələbələr öz fikirlərini bildirirlər.
İki qrupa bölünün. Hər qrup bir-birinin içində olan iki dairədə oturur. Birinci qrup daxili
dairədəki stullarda əyləşir, ikinci qrup isə xarici dairədəki stullarda əyləşir. Daxili dairədə
əyləşmiş tələbələrə müəllim tərəfindən verilmiş mövzu ətrafında
müzakirələr aparmaq
tapşırılır. Bu zaman xarici dairənin iştirakçılarının əsas vəzifəsi müzakirələrin şəffaf və
müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə etməkdir. Sonra qruplar yerlərini
dəyişir və eyni qaydada başqa mövzunun müzakirəsi ilə davam edirlər.
3.5.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: