52
Şəkil 4.3 Ətəkliyin yuxarı və aşağı kəsiyinin hazırlanması
Ətəkliyin aşağı kəsiyinin hazırlanması. Ətəklikdə aşağı kəsiyin qatlanma payını
müəyyənləşdirmək üçün onun qabaq və arxa hissələri ortadan qatlanır,
yan tikişləri, yığmaları
bərabərləşdirilir, stolun üstünə sərilir. Aşağının qatlanma payı və kəsilmə xətti qeyd edilir. Ətəkliyin
aşağısı (Şəkil 4.3 a) qeyd edilmiş xətdən qatlanır və ondan 2 sm aralı, klyoş ətəkliklərin aşağısı isə iki
cərgə ilə xüsusi maşında köklənir. Bu halda birinci kök qatlanmış yerdən 1 sm, ikinci isə kəsikdən 1 sm
aralı salınır. Ətəkliyin aşağısı qatlanıb kökləndikdən sonra kəsik tərəfi yenidən içəri qatlanıb, gizli tikişlə
xüsusi maşında basdırılır (Şəkil 4.3 b). Ətəklik sapı asan sökülən yun parçadan tikildikdə onun aşağı kəsiyi
ya xüsusi maşında ilməklənir, ya da astarlıq parçadan köbə ilə və ya lentlə universal maşında işlənir (şəkil
4.3 c, ç). Ətəklik qalın yun parçadan tikildikdə aşağının qatlanma payını yapışqan plyonka ilə yapışdırmaq
mümkündür (şəkil 4.3 d). Ətəklik pambıq parçadan tikiləndə aşağının qatlanma payının
kəsiyi içəri
qatlanıb köklənmədən xüsusi və ya universal maşında basdırılır (Şəkil 4.3 e). Ətəkliyin aşağısı
ütü ilə
ütülənir.
Dostları ilə paylaş: