Az ə rbaycanda Pe şə


Şalvarın ayrı-ayrı hissələrinin hazırlanması



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə47/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   43   44   45   46   47   48   49   50   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Şalvarın ayrı-ayrı hissələrinin hazırlanması 

Şalvarın hazırlanma ardıcıllığı aşağıdakı kimidir: 1. Biçilmiş hissələrin yoxlanılması. 2. 
Cüt hissələrdə xəttin bir hissədən digərinə keçirilməsi. 3. Qarsaq və qatlamaların hazırlanması. 4. İsti-
nəmləndirmə əməliyyatı vasitəsilə şalvara formanın verilməsi. 5. Astarın hazırlanması və qabaq hissə ilə 
birləşdirilməsi. 6. Hissələrin kənar kəsiklərinin hazırlanması. 7. Ciblərin hazırlanması. 8. Şalvarın yan 


54 
kəsiklərinin birləşdirilməsi. 9. Bağlama yerinin hazırlanması. 10. Şalvarın addım və orta kəsiklərinin 
birləşdirilməsi. 11. Şalvarın yuxarı kəsiyinin hazırlanması. 12. Şalvarın aşağı kəsiyinin hazırlanması. 13. 
Şalvarda son tamamlama işləri.

Şalvarda biçilmiş hissələr: 2 ön və 2 arxa hissələr, 1 kəmər, ciblər və bağlama yeri üçün 
hissələr, ön hissə üçün astar. 

Qatlama və qarsaqların hazırlanması. Bədən quruluşundan asılı olaraq qarsaqların sayı 
və eni təyin edilir. Adətən, ön hissədə qarsağın yeri qat xəttində olur, onun eni 1,5-2 sm, uzunluğu isə 8-
10 sm, əgər bel çevrəsi ilə omba çevrəsi arasındakı fərq böyük olarsa, ön hissədə ikinci qarsaq yan 
tərəfdə hazırlanır, mərkəzdən 4-6 sm məsafədə yerləşdirilir. Şalvarın arxa hissəsində də adətən, iki 
qarsaq hazırlanır və bel kəsiyində mərkəzdə yeri qeyd olunur. Qarsaq bel kəsiyinə perpendikulyar 
yerləşdirilir, uzunluğu 10-12 sm, eni isə 2-3 sm olmaqla qarsaqlar əvvəlcə mərkəzdən qatlanaraq 
köklənir, sonra isə yan tərəfdən maşında tikmək və sonlarını bərkitmək lazımdır. Qarsaqları yan tikiş 
tərəfə qatlayaraq isti-nəmləndirmə əməliyyatı vasitəsilə ütüləmək lazımdır. Qarsağın aşağı tərəfində 
olan boşluq yaxşı ütülənməlidir. 

Şalvarın ön və arxa hissəsinin isti-nəmləndirmə əməliyyatı. Şalvarın arxa hissəsində 
lazımi həcmi forma isti-nəmləndirmə əməliyyatı hesabına verilir. Şalvarın moda və konstruksiyasından 
asılı olaraq hissələrin isti-nəmləndirmə əməliyyatı, eləcə də şalvarın əsas hissəsindəki əməliyyatlar 
müxtəlif tərzdə aparılır. Şalvarın arxa hissəsində ütüləmə əməliyyatı aparmaq üçün arxa hissələr üz-üzə 
qoyulub addım kəsiyi işçiyə tərəf və bel yerinin kəsiyi sol tərəfə olmaqla isti-nəmləndirmə əməliyyatı 
aparılır. Əməliyyat zamanı oturacaq kəsiyi (aşağıdan) 2-3 sm dartılır. Addım kəsiyinin yuxarısında əmələ 
gəlmiş boşluq şalvarın eninin yarısına qədər ütülənib yox edilir. Dartılma və ütüləmə şalvarın arxa 
hissəsinin hər iki tərəfində eyni formada aparılır (Şəkil 4.5 b). Sonra ayrı-ayrılıqda hər iki yan və addım 
kəsikləri bərabərləşdirilir, qatlanır, həmin yerin yuxarı hissəsi ütülənir, boşluq yox edilir (Şəkil 4.5 c, ç). 
Çox ensiz modalı şalvarın qabaq hissəsinə də müəyyən forma vermək lazımdır. Bu məqsədlə o yan və 
addım kəsiyinin diz xəttindən 1,2-1,5 sm aşağı dartılmalıdır. Əməliyyat şalvarın qabaq hissəsinin hər iki 
tərəfində eyni vaxtda aparılır, alınmış forma hər iki tərəfdə möhkəmləndirilir. Qabaq hissə ütüləndikdən 
sonra bağlama yeri, yəni molniya tesması tikilir (Şəkil 4.5 a). Şalvarın ön hissəsində zəncirbənd üçün 
əlavə biçilmiş hissə qeyd xətti əsasında qatlanaraq isti-nəmləndirmə əməliyyatı aparılır. Kəsik kənarlar 
xüsusi maşında hörmələnir. Zəncirbənd qatlanmış hissələrin alt tərəfindən yerləşdirilərək köklənir və 
üstdəngetmə bəzək tikişi vasitəsilə 0,1-0,2 sm enində tikilir və ütülənir. 
Şəkil 4.5 Şalvarda isti-nəmləndirmə əməliyyatının aparılması 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin