Az ə rbaycanda Pe şə


Şalvarda yan cibin işlənməsi



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə48/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   44   45   46   47   48   49   50   51   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Şalvarda yan cibin işlənməsi. Şalvarda ciblər yan tikişdə və modadan asılı olaraq qabaq 
hissədə yerləşə bilər. Formalarına görə qabaq hissədə olan ciblər maili, üfüqi, şaquli, üstdən qoyma və 


55 
s. formalarda ola bilər. Şalvarın qabaq hissəsində yerləşən ciblər bir köbəli və iki köbəli olur. Bir köbəli 
ciblərdə bir köbədən, uzanmayan parçadan (yapışqanlı ara qatı), podzordan və cib kisəsindən istifadə 
edilir. İki köbəli ciblərdə iki köbədən, uzanmayan parçadan, podzordan və cib kisəsindən istifadə olunur. 
Eyni zamanda qabaq hissədə yerləşən ciblər zəncirbənd ilə də hazırlana bilər. Ciblər hazır olduqdan 
sonra nəm əski vasitəsilə həm tərs, həm də düz tərəfdən ütülənir.

Şalvarın ön hissəsinin astarla birləşdirilməsi. Yun şalvarın qabaq hissəsində diz yerinin 
tez süzülməsinin qarşısını almaq üçün ipək astarlıq parçadan istifadə edilir. Astarlıq parça şalvarın qabaq 
hissəsindən 0,4-0,6 sm ensiz və 15-20 sm qısa biçilir. Astarın aşağı kəsiyi iki dəfə: əvvəlcə 0,7 sm sonra 
isə 1 sm enində içəri qatlanır, 1-ci qatlamanın kənarından 0,1-0,2 sm aralı universal maşında tikilir və ya 
qatlanmadan xüsusi maşında hörmələnir, yaxud astarın balağı xüsusi tərtibatla 0,4 sm dərinlikdə ziqzaq 
şəkilli kəsilir. Qabaq hissəyə salınan astarlıq parçanın sonra qısalmaması üçün şalvar nəmlənib ütülənir. 
Astar şalvarın qabaq hissəsinin içəri tərəfinə tərs üzü içəri olmaqla qoyulur. Kəsiklər bərabərləşdirilir, 
qabaq hissənin yan və addım kəsikləri astarla birlikdə xüsusi maşında hörmələnir. Cib yan tikişdə olan 
halda onun yan kəsiyi aşağı kəsikdən cibin alt qeydinə qədər, sağ addım kəsiyi tam, sol addım kəsiyi isə 
düymə yeri kəsiyinə qədər hörmələnir. Astarı bel yeri kəsiyində qabaq hissənin qarsaq və büküklərinə 
müvafiq büküklər əldə edilir və bəndlənir. Konstruksiyaya uyğun addım kəsiyinin yuxarısında astardan 1 
sm dərinliyində bükük qoyulur. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin