57
4.1.2.
Tələbələr üçün fəaliyyətlər
Dörd nəfərlik beş qrupa bölünün. Qruplardakı tələbələr yenidən nömrələnirlər. Hər
qrupdan 2 nömrə altında əyləşən tələbələrdən yenidən bir qrup yaradılır və bu qrup ekspert
qrupu adlandırılır. “Ətəkliyin hazırlanma texnologiyası” mövzusunun mətni 5
hissəyə
bölünür və ekspert qrup iştirakçılarına paylanır. Ekspert qrupunun iştirakçıları
onlara
verilən hissəni oxuyur, məzmununu qavrayır və öz əvvəlki qruplarına qayıdaraq öyrəndiyi
hissəni onlara danışırlar. Informasiyanın ekspert iştirakçılar
tərəfindən digər tələbələrə
daha dolğun və dəqiq çatdırıldığına əmin olmaq üçün müəllim sual-cavab edə bilər.
İki qrupa bölünün. Birinci qrupa müxtəlif model ətəkliklərin qadının
bədən
quruluşundan asılı olaraq müvafiqləşdirilməsi tapşırılır. İkinci qrupa isə müxtəlif model və
rəng ətəkliklərin geyimin digər komponentləri ilə nə dərəcədə harmoniya yaratdığını və
ümumi ansambla təsiri müəyyənləşdirmək tapşırılır. Dərsdə hər iki qrupa müəllimin verdiyi
tipaj qadına hansı model və rəngdə ətəkliyin daha yaxşı yaraşacağı haqqında
müzakirə
aparması tapşırılır.
İki qrupa bölünün. Birinci qrupa Koko Şanelin şalvarın dəb dünyasına
girişində rolu
haqqında araşdırmalar aparılması tapşırılır. Bu araşdırma ümumiləşdirilir və esse şəklində
təqdim olunur. İkinci qrupa şalvarı qadınların ən sevimli geyim komponentinə çevirən İv
Sen Loran haqqında araşdırmalar aparılması tapşırılır. Bu araşdırma da ümumiləşdirilir və
esse şəklində təqdim olunur. Sonra dərsdə hər iki qrup öz araşdırmalarını, qarşılarına çıxan
faktları oxuyurlar və fikir mübadiləsi aparırlar.
Emalatxanada tələbə axını prosesində ətəkliyin texnoloji ardıcıllıqla hazırlanması. Bir
tələbə briqadir təyin olunur. O, əmək bölgüsünü aparır.
Hər bir tələbə ətəkliyin
hazırlanmasında bir əməliyyatı yerinə yetirir. Bir tələbə ütüdə dayanıb əməliyyatlar arası
İNƏ-nı yerinə yetirir. Müəllim bütün prosesə nəzarət edir.
Emalatxanada tələbə axını prosesində şalvarın ayrı-ayrı hissələri hazırlanır.
4.1.3.
Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: