60
geyimin bel sahəsində bədənə yaxşı forma verməsi üçündür. Qarsaqların hazırlanması üçün mərkəzi
xətti qeyd olunur, qarsaqlar köklənir və maşında yoxa doğru tikilir, sonu bəndlənir. Hazır qarsaqlar yan
tikiş tərəfə xüsusilə qəlib üzərində ütülənir. Ütülənmə nəm parça vasitəsilə aparılır. Qarsağın sonluğu
ütüləmə vasitəsilə yatırdılır.
Qabaq və arxanın yan və çiyin kəsiyində birləşdirilməsi. Paltarın arxa hissəsi orta
tikişlidirsə, onda hissələrin birində ülgü vasitəsilə tikiş xətti qeyd olunur və maşında tikilir. Əgər parça
damalı, zolaqlıdırsa, onda əvvəlcə naxışları uyğunlaşdırmaqla, 1,0-1,5sm uzunluğunda kök tikişi ilə
kökləyib, sonra maşında tikirlər. Qabaq və arxa hissə üst tərəfi içəridə olmaqla üz-üzə qoyulur, kənar
kəsiklər bərabərləşdirilir, qeydiyyatlara əsasən kürək tərəfdən köklənir. Qabaq və arxa hissənin çiyin
kəsikləri barabərləşdirilir və kürək tərəfdən köklənilir. Kürəyə 1,5 enində yığım verilməlidir. Yığmanı yaxa
yerindən başlayaraq qol dibinə 3-4 sm qalana qədər vermək lazımdır. Çiyin və yan tikişlərini maşında kök
tikişindən 0,1 sm məsafədə tikib, sonluqlarını bəndləyirik. Əgər çiyində qarsaq və qatlama yoxdursa,
hörmələyib bir tərəfə, yaxud açaraq iki tərəfə ütüləyirik. Əgər çiyin və yan tikişlər bir tərəfə
ütülənməlidirsə, onda kürək tərəfə ütülənir. Dartılan parçadan hazırlanan geyimdə çiyin tikişinə kromka
(uzanmayan parça) qoyularaq tikilir. Bu çiyin tikişinin dartılmasının qarşısını alır. Əgər çiyin və yan tikişi
iki tərəfə açılıb ütülənirsə, onda birinci yoxlamadan sonra çiyin və yan kəsiklər hörmələnir, sonra
birləşdirilir. Əgər çiyin və yan tikiş bir tərəfə ütülənirsə, onda maşında birləşdirdikdən sonra hörmələnir.
Dostları ilə paylaş: