“Bel məmulatlarını tikir”
Müxtəlif ətəklik modelləri haqqında məlumat verin.
Ətəkliyin hazırlanma ardıcıllığını söyləyin.
Ətəklikdə qarsaqların hazırlanmasını icra edin.
Ətəkliyin yuxarı kəsiyini kəmərlə hazırlayın.
Ətəkliyin son tamamlama işlərinə nələr daxildir?
Parçaların növündən və xüsusiyyətindən asılı olaraq onlardan tikilən ətəkliklərin aşağı
kəsiyini hazırlayın.
Şalvarın hazırlanma ardıcıllığını izah edin.
Şalvarda yan cibi hazırlayın.
Şalvarda qulfikin hazırlanmasını izah edin.
4.2.1. Qadın paltarını texnoloji ardıcıllıqla hazırlayır
Müxtəlif növ qadın paltarları
Tikiş məmulatlarının çeşidləri içərisində ən böyük yeri geyimlər tutur. Geyimlər
müxtəlif olurlar. Geyimlərin modeli aşağıdakı kimi müəyyən edilir. Qadın
paltarları formasına, biçim xüsusiyyətlərinə və ümumi bədii tərtibatına görə
klassik, idman, romantik və fantaziya stillərinə bölünür. Klassik stilli paltarlar
quruluşunun təbii mütənasibliyinə uyğun olur. Paltarın tərtib xətləri, istər ayrı-
ayrı sahələrdə, istərsə də ümumi forması bədən xətləri ilə üst-üstə düşür. Paltarı hissələrə ayıran üfüqi
58
və şaquli xətlər əsasən konstruktiv təyinatlıdır. Klasssik stilli paltarların qolları adi bitişdirmə və ya bütöv
biçimli ola bilər. Klassik stilli paltarlar yapışıq, yarımyapışıq və düz biçimli ola bilər. İdman stilli paltarlar
sərbəst forma ilə xarakterizə edilir. Bu da hərəkətdə rahatlığı təmin edir. İdman stilli geyimlərdə müxtəlif
koketkalardan, üstdən qoyma ciblərdən, kəmər və xlyastikdən, “molniya” zəncirbəndlərdən, müxtəlif
qatlamalardan, yumşaq qarsaqlardan və s.-dən istifadə edilir. İdman stilli paltarlar trikotaj, parça və dəri
materiallarından hazırlana bilər. İdman stilli paltarlar sərbəst yarımyapışıq lif və aşağıya doğru enli
ətəklikdən, bel xətti hiss olunmayan sərbəst formadan, sərbəst lif və enli ətəkliklı bel hissədə kəmərdən
ibarət ola bilər. Fantaziya stilli paltarlar dekorativliyi hiss etdirən müxtəlif forma və biçimdə olmasını
xarakterizə edir. Formanın bölünməsi müxtəlif ola bilər, hətta assimmetriklik də bura daxildir. Fantaziya
stilli paltarlar müxtəlif dekorativ tərtibatlarla bəzədilə bilər. Bəzək əşyalarından, kantlardan, bəzək
tikişlərindən istifadə etmək olar. Romantik stilli paltarlar formaları ilə xarakterizə edilir. Romantik stilli
paltarlarda müxtəlif stil qarışığından ansambl yaranır, bu da geyimə liriklik və gözəllik verir. Paltarlar
təyinatına görə - ev, gündəlik və ziyafət üçün olur (Şəkil 4.6).
59
Şəkil 4.6 Müxtəlif növ və təyinatlı qadın paltarları
Dostları ilə paylaş: |