Az ə rbaycanda Pe şə


Hazırlıq sexinin funksiyası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə60/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   56   57   58   59   60   61   62   63   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Hazırlıq sexinin funksiyası 
Tikiş sənayesində hazırlıq sexinin əsas vəzifəsi istehsalatı müntəzəm olaraq materiallarla təmin 
etməkdir. Parçanın qəbulu, biçimə hazırlanması, saxlanılması, keyfiyyətinin yoxlanılması, uzunluğunun 
və eninin ölçülməsi, döşəmək üçün seçilməsi də bu sexin öhdəsinə düşür.
Hazırlıq sexi iki sahəyə ayrılır: qəbul sahəsinə və parçanın saxlanma sahəsinə.
Parça tikiş fabriklərinə rulon və ya taylarda gətirilir. Konteynerdə gətirilən malları boşaltmaq 
üçün elevator və ya avtoyükləyici vasitələrdən istifadə edilir. Sexə qəbul edilən bütün materialların 
çeşidi, miqdarı və keyfiyyəti material ilə birlikdə göndərilmiş sənədlərə (hesab-faktura, spesifikasiya və 
s) seçilir. Parçalar qəbul edildikdə artikullarına görə ayrı-ayrı yoxlanıb ölçülür və siyahıya alınır. Ölçü 
siyahısında topun toxuculuq fabrikasında yazılmış nömrəsi, tikiş fabrikində tərtib nömrəsi, materialın 
yarlığındakı adı və artikulu, ümumi uzunluğu və eni göstərilir. Malların keyfiyyəti və markalanması dövlət 
standartlarına uyğun gəlməzsə, mal alan təşkilat bu haqda mütləq akt tərtib etməlidir. Qəbul aktını malı 
qəbul edən şəxslər imzalayırlar. Akt tərtib edərkən eyni zamanda mal göndərən təşkilatdan da 
nümayəndə çağırılır. 
Müəssisəni mütəşəkkil, arası kəsilmədən parça ilə təmin etmək üçün onun ehtiyatına və 
saxlanılmasına xüsusi fikir verilməlidir. Fabrikdə parça ehtiyatı 25-40 günə nəzərdə tutulur. Parça nə 
qədər çox olarsa, onları qrup üzrə komplektləşdirmək və döşənmə üçün qalıqsız işlənilməsini təmin 
etmək asan olur. Bu da əsas şərtlərdən biridir. Parçanın ehtiyatı kişi üst geyimləri üçün 20-30 günə, qadın 
və uşaq üst geyimləri üçün 30-35 günə, plaş üçün 25-30 günə, qadın və uşaq donları üçün 35-40 günə, 
kişi və uşaq köynəyi üçün 25-30 günə nəzərdə tutulur. 
Keyfiyyəti və ölçüsü yoxlanıb qəbul edilmiş parçalar stasionar konstruksiyalı qurğularda və 
hərəkətetdirici qurğusu olan qəfəslərdə-elevatorlarda saxlanılır. Stasionar konstruksiyalı stellajlar- rəflər 
bir neçə növ ola bilər (Şəkil 5.1.): rəflər (Şəkil 5.1. a), yeşik (şəkil 5.1. b), şəbəkə (şəkil 5.1. c), yolka 
şəklində (şəkil 5.1. ç).
Parçaları qəfəslərdə saxlamaq üçün o aşağıdan yuxarıya doğru stellajlara bölünüb üstünə taxta 
döşənir. Parçaların şkaflarda saxlanılmasını mexanikləşdirmək üçün telfer, EŞPV-0.5, yaxud KŞO-1.0 
markalı qalaqlayıcılardan və s. qaldırıcı-daşıyıcı qurğulardan istifadə edirlər. Bunun nəticəsində ağır əl 
əməyi və parçaların topunu tapıb yığmağa sərf edilən vaxt bir qədər azalır. Parça hərəkət edən qəfəsli 


69 
qurğularda saxlanıldıqda bir sıra əməliyyatların mexanikləşdirilməsi və avtomatlaşdırma imkanı artır. Bu 
səbəbdən də həmin qurğular, o cümlədən elevatorlar (Şəkil 5.1. d), barabanabənzər qəfəslərdə (şəkil 
5.1. e) parça saxlamanın ən təkmilləşmiş üsuludur. Onda parçanın saxlanması yaxşılaşır, binanın 
sahəsindən və həcmindən istifadə əmsalı artır. Parça saxlandıqda elevatorun hərəkəti zamanı rulonların 
səthi bir-birinə dəymir, deməli, parça deformasiyaya uğramır.
Şəkil 5.1 Parça saxlanılan avadanlıq 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin