Az ə rbaycanda Pe şə


“Tekstil məmulatlarının növlərini müəyyən edir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə59/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   55   56   57   58   59   60   61   62   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Tekstil məmulatlarının növlərini müəyyən edir” 

Geyimə aid olmayan məmulatlar deyəndə nə başa düşürsünüz? 

Yataq dəstlərini tikmək üçün parça seçərkən hansı amilləri nəzərə almaq lazımdır? 

Süfrələrin təyinatı haqqında məlumat verin. 

Pərdələrin hazırlanmasında rəng seçimi haqqında nə deyə bilərsiniz? 
 
 


68 
Təlim nəticəsi 5: Tikiş istehsalının təşkili haqqında bilir və təmirin növlərini müəyyən edir 
5.1.1. Təcrübə, hazırlıq, biçim istehsalının əməliyyatları haqqında məlumat verir 

Təcrübə istehsal sahəsi 
Təcrübə sahəsinin əsas vəzifəsi vaxtlı-vaxtında keyfiyyətli yeni modellər 
hazırlayıb istehsala verməkdən ibarətdir. Bunun üçün yeni modelin 
konstruksiyasını və texnologiyasını işləyib hazırlamaq, texnoloji əməliyyatın 
optimal rejimini seçmək, məmulat üçün bütün əsas və köməkçi materialın 
sərfini normalaşdırmaq, ülgünü, trafareti, tabaşirləməni hazırlamaq, yaxud 
çertyojun həssas kağız üzərində sürətini çıxarmaq, modelin texniki sənədlərini tərtib etmək lazımdır. 
Bundan başqa təcrübə sahəsi modelin istehsalata buraxılmasına, materialdan səmərəli istifadə 
edilməsinə nəzarət edir. Modelləri alıcılıq tələbinə görə vaxtlı-vaxtında dəyişdirir, onların 
konstruksiyasını və texnologiyasını məmulatın keyfiyyətinə xələl gətirmədən təkmilləşdirir. Parça 
tullantılarından istehsalatda istifadə üçün tədbirlər hazırlayır. 
Tikiş sexinə kömək məqsədilə yeni avadanlıqları, tərtibatı, kiçik mexanizasiya vasitələrini 
sınaqdan keçirir. Yeni məmulatın istehsalata buraxılmasına köməklik edir.
Ülgü nümunələri əsasən modalar evindən gətirilir. Konstruktorlar təcrübə sexində nümunə 
ülgüsünü yoxlayıb dəqiqləşdirir və ülgü hazırlayan qrupa verirlər. Orada ülgülər və köməkçi ülgülər 
hazırlanır. Ülgü beş komplektdə hazırlanır: ikisi təcrübə sexinə parçanın sərf normasını hesablamaq 
üçün; biri hazırlıq sexinə tabaşirlə hazırlamaq üçün verilir; iki komplekt iş ülgüsü isə biçim sexinə verilir. 
Bunların birindən qüsurlu parçaları tabaşirləmək, o birindən isə döşəmənin üstünə qoyulan 
tabaşirlənmiş parçanın pozulmuş tabaşirini bərpa etmək üçün istifadə edilir.
Təcrübə sexinin gücü müəssisənin gücündən asılıdır. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin