Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   57   58   59   60   61   62   63   64   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Biçim sexinin funksiyası 
Tikiş sənayesində tətbiq edilən parça və materialların xüsusiyyət və strukturu müxtəlifdir. Ona 
görə də parçaların biçilməsi də eyni deyildir. Sərilmədəki parça qatlarının sayı bir və ya 200-dən çox ola 
bilər. Biçildikdə parça əvvəlcə doğranıb hissələrə ayrılır. Sonra isə ülgülər əsasında biçilir. Son zamanlar 
geyim hissələri biçilməsinin bir sıra yeni variantları da yaradılmışdır. 
Parça iki üsul ilə - universal və xüsusi alətlərlə biçilir. Biçmə zamanı konstruksiya cəhətdən 
müxtəlif qayçılar və bıçaqlar işlədilir. Parçanın universal üsul ilə biçilməsi geniş yayılmışdır. Burada bütün 
toxuculuq materiallarını istənilən formada və ölçüdə biçmək mümkündür, həm də bir geyimin 
biçimindən ikinci geyimin biçiminə keçdikdə biçim avadanlığı dəyişdirilir. Parçanın universal alətlərlə 
biçilməsinin üstünlüyü də bundadır. Lakin bu üsul ilə geyim hissələrini dəqiq biçmək olmur, prosesin 
icrasında böyük əmək sərf edilir. Odur ki, parça biçmənin yeni-yeni üsulları, o cümlədən çapmaqla 
müxtəlif preslərdən, vərdələnmə üsulundan, qurğulardan istifadə etməklə xüsusi alətlərin köməyi ilə 
biçilmə üsulları meydana çıxmışdır.
Tikiş sənayesində parça biçiminin göstərilən qaydaları tətbiq edildikdə döşənmə ilə biçmə
biçmə ilə kəsmə əməliyyatları eyni zamanda icra edilir.
Biçilmiş hissələr yoxlanılıb naxışları uyğunlaşdırıldıqdan, komplektləşdirildikdən sonra onlara 
sıra nömrəsi tikilir və anbara göndərilir. Biçilmiş hissələrin minimal ehtiyatı bir növbədə tikilməsi nəzərdə 
tutulan məmulatın miqdarına bərabər götürülür. Biçilmiş hissələr anbara nömrələnmiş halda
məmulatın asma yarlığı və nəzarət talonu ilə birlikdə təhvil verilir. Məmulatın biçilmiş hissələri tikiş 
sexinə fabrikin dispetçeri tərəfindən, yaxud da sex rəisinin tələbnaməsinə əsasən ölçü və boy şkalasına 
riayət edilməklə göndərilir.


70 
5.1.2. Tələbələr üçün fəaliyyətlər 

Üç qrupa bölünün. Əlavə mənbələrdən istifadə etməklə birinci qrup təcrübə sexinin, 
ikinci qrup hazırlıq sexinin, üçüncü qrup isə biçim sexinin funksiyaları haqqında geniş 
təqdimatlar hazırlayır. 

Müəllim tərəfindən mövzu qoyulur. Hamı növbə ilə bu mövzuya aid məlumat verir. Hər 
bir tələbə cavabını tamamladıqdan sonra müəllim sayır: “Bir, iki..”. Bu zaman başqa tələbə 
tez əlavə edə bilər. Sonuncu cavab verən tələbə qalib sayılır. Fikirlər təkrarlanmasın deyə 
hamı bir-birini dinləyir. 

Üç qrupa bölünün. Hər qrupa vatman kağızı verilir və tələbələrə mətnə uyğun 3 sual 
hazırlamaq tapşırığı verilir. Hər qrupa bir mətn verilir. Sonra kağızlar saat əqrəbi 
istiqamətində qruplar arasında dəyişdirilir. Suallar altında cavablar yazılır. Sonra kağızlar 
lövhəsən asılır və ümumi sinif fikir mübadiləsi aparır. 

Mövzuların adları kağıza yazılır, qatlanıb qutuya yığılır. Tələbə qutudan kağız parçasını 
çıxarıb, üzərində adı yazılan mövzu haqqında müəllimin müəyyən etdiyi vaxt ərzində 
bacardığı qədər çox məlumat verir və ən çox məlumat verən tələbə qalib elan edilir. 
5.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin