63
hissəsinin əvvəlcə sol, sonra isə sağ tərəfindən başlamaq lazımdır. Jiletin ətək köbəsi qabaq hissənin
astarına tikilir. Tikiş prosesində astarın ətəyində nəzərdə tutulan qarsaq qeydiyyata müvafiq olaraq icra
edilir. Ciblər hazırlanır. Bortaltı və köbə astara 0,7-1sm enində astar tərəfdən birləşdirilir. Kişilər üçün
jiletin arxa hissəsi əsasən iki qat astarlıq parçadan hazırlanır. Onun üzü əsas astarlıq parçadan, astarı isə
qol üçün nəzərdə tutulmuş mil-mil astarlıq parçadan və ya hər iki üzü eyni astarlıq parçadan olur. Qadın
jiletlərində isə arxa hissə əsas parçadan olur, hazırlanma isə eyni gedir. Arxa hissənin sağ və sol tərəfləri
üz-üzə qoyulub bərabərləşdirilir, boyun kəsiyindən başlayaraq 1 sm enində tikilir. Astarın orta tikişi sağa,
uzun orta tikişi isə sola yatırdılır. Arxa hissənin hər iki tərəfində qarsaqlar tikilir və ütülənir (şəkil 4.9 a).
Əsas astarlıq parçanın boyun yerinə əlavə material qatı tikilir. Hazırlanmış kəmərcik qeyd olunmuş
yerlərdə arxa hissəyə bəndlənir. Arxa hissənin üzü ilə astarı üz-üzə qoyulub ətəyi və qol yeri astar
tərəfdən 1 sm enində tikilir (şəkil 4.9. c). Ara materialı bortla öndən 4-5 sm aralı, xüsusi maşında köklənir.
Arxa hissə hazır olduqdan sonra qabaq hissənin sağ və sol tərəfləri uyğun olaraq arxa hissənin üzü ilə
astarı arasına qoyulur. Yan və çiyin kəsikləri bərabərləşdirilir, astar tərəfdən 1 sm enində tikilir (şəkil 4.9
ç). Arxa hissənin dartıla bilən qol yeri kəsiyi tikişə 0,1-0,2 sm qalana qədər çərtilir. Arxa ətəyin
künclərində 0,2-0,3 sm tikiş payı saxlanıb artığı kəsilir. Jilet arxa hissənin boyun yerindən üz tərəfə
çevrilir, tikişlər düzəldilir, yan və çiyin tikişləri arxa hissə tərəfə yönəldilir. Arxa hissənin boyun yerinin
kəsiyi 1 sm enində içəri qatlanır, onun üzündən 0,1-0,2 sm kant alınır və astar tərəfdən 0,3 sm məsafədə
tikilir, ütüləmə əməliyyatı aparılır. Sonra jiletdə ilgək yeri açılır və düymə tikilir (şəkil 4.9 b).
Şəkil 4.9 Jiletin hazırlanması: a, b, c – jiletin kürəyinin hazırlanması;
ç – jiletin bort kənarı və qol dibinin hazırlanması
Dostları ilə paylaş: