56
qatlanmış kənarı kəmərin daxili birləşmiş kənarını birləşdirən tikişini örtməlidir. Kəmər hazırlandıqdan
sonra ütülənir. Qeyd etmək lazımdır ki, körpücüyün o biri kənarı isə körpücüyə 0,4-0,5 sm enində boşluq
verməklə kəmərin yuxarı kənarına üstdən getmə tikişlə tikilir. Kəməri bağlamaq üçün düymə və ilgəkdən,
qarmaq və ilgəkdən istifadə edilir. Bir çox modellərdə astarlıq əvəzinə korsaj lentindən istifadə olunur.
Şalvarın aşağı kəsiyinin işlənilməsi. Şalvar balağının qatlanma payının işlənilməsi üçün
onun sağ və sol aşağı kəsiyi üst-üstə qoyulub, addım və yan tikişləri bərabərləşdirilir. Kəmərin yuxarı
kənarı və şalvarın orta tikişi düzəldilib səliqəyə salınır. Aşağıda kəsiləcək yeri və qatlanma payının xətləri
addım və yan tikişləri tərəfdən ülgü vasitəsilə qeyd edilir. Artıq yerlər həmin xətt boyu qayçı ilə kəsilir.
Aşağı kəsiyindəki sapların
sökülməməsi üçün o, hörmələnir (Şəkil 4.6. a). Aşağı
kəsiyin möhkəmliyini
artırmaq üçün onun qatlanma payına dairə boyu xüsusi lent tikilir. Bu zaman o, aşağıdan 0,1-0,2 sm
kənara çıxmalıdır. Lentin qalın kənarı qat xəttindən aşağı götürülür. Lentin ucları 1-2 sm uzunluğunda
üst-üstə qoyulur. Üstdəki qurtaracağı 0,5-0,7 sm içəri qatlanır və düzbucaqlı şəklində tikilir. Qatlanma
payının kəsiyi qeyd edilən xətdən qatlanıb köklənir. Gizli əl tikişi ilə və yaxud xüsusi gizli maşınlarda
qatlanır (Şəkil 4.6. b). Aşağı kəsiyi xüsusi lentlə (və ya köbə ilə) işlənildikdə onun yuxarı kənarındakı
basdırma əməliyyatı da kəsiyi hörmələnən aşağı kəsikdə olduğu kimidir. Köbə astarlıq
parçadan
qoyulduqda 0,5-0,6 sm enində çevrilən tikişlə işlənir (Şəkil 4.6. ç). Şalvarın aşağı kənarı manjetlə də
hazırlana bilər (Şəkil 4.6. d). Aşağı hissə manjetli olduqda ona 0,1-0,2 sm kənara çıxmaqla 0,5-0,7 sm
məsafədə lent tikilir. Manjet şalvarın aşağı kənarı üz tərəfə qatlamaqla alınır (Şəkil 4.6. c). Manjet yan
və addım tikişinə uyğunlaşdırılır, yuxarı kənarından 1-1,5 sm aşağıda xüsusi və ya universal maşında elə
bəndlənilir ki, üz tərəfdən görünməsin. Sonra manjet səliqə ilə düzəldilib ütülənir. Pambıq parçadan
hazırlanan şalvarın balağına lent tikilmir. Balaq kəsiyi əl ilə qeyd edilmiş xətdən 1 sm içəri qatlanıb ondan
0,1 sm aralı (bu zaman yan və addım tikişi bir-birinə uyğun gəlməlidir) tikilir. Şalvarın balağı şlislə də
hazırlanır. Onun kənarı xüsusi və universal maşında ikiqat tikişlə bəndlənir (şəkil 4.6 e).
Şəkil 4.6 Şalvarın aşağı kəsiyinin işlənilməsi
Dostları ilə paylaş: