53
diqqətli olmaq lazımdır. Kəmərin üzərində bağlama yeri qeyd edilməlidir.
Əgər bağlama düymə-
ilgəkdirsə, onda ilgəyin yeri qeyd edilir və xüsusi maşında hörmələnərək açılır, digər tərəfə düymə tikilir;
qarmaqladırsa, onda bir tərəfə 2 ədəd qarmaq, digər tərəfə isə qarmağın qulaqcıqlarını tikmək lazımdır.
Şalvarların müxtəlif modelləri
Hal-hazırda qadın və qızlar üçün şalvarlar çox dəbdə olan geyim çeşididir. Müasir şalvarların
forma və biçimləri çox müxtəlif və rəngarəngdir (şəkil 4.4).
Şəkil 4.4 Müasir qadın şalvarlarının modelləri
Ən çox şalvarlar uzunluqlarına görə şərti adlar almışdır. Məsələn, qolf – uzunluğu dizdən aşağı,
baldırın
mərkəzinə qədər; bermud –
uzunluğu dizə qədər, şort –
uzunluğu omba mərkəzinə qədər;
mərkəzi
hissəsində geniş, aşağı və yuxarı hissə dar olan şalvara isə banan adı verilmişdir. Şalvarın
görünüşləri və modelləri müxtəlif olmalarına baxmayaraq, hazırlanma təqribən eyni gedir. Yuxarı kəsik
kəmərlə hazırlanır, bağlama yeri istər yanda, istərsə də qabaqda “molniya” zəncirbəndi ilə də düymə
ilgək vasitəsilə yerinə yetirilir.
Şalvarın bədənə, xüsusilə bel xəttinə kip oturması
üçün qabaq və arxa qarsaq, qatlamaların
köməkliyi ilə edilir. Şalvarda müxtəlif ciblərdən istifadə etmək olar. Şalvarın aşağı hissəsi manjetlə və
manjetsiz hazırlana bilər. Astar şalvarın parçasının rənginə uyğun seçilməlidir.
Dostları ilə paylaş: