“Tələbə axını prosesində müəyyən əməliyyatları yerinə yetirir”
Axın formasının düzgün seçilməsinə hansı amillər təsir göstərir?
Axının taktı deyəndə nə başa düşülür?
Axının növlərini sadalayın.
Texniki təchizat rejiminə hansı şərtlər daxildir?
Çoxgüclü axın barədə məlumat verin.
49
Təlim nəticəsi 4: Müxtəlif növ tikiş məmulatlarını hazırlamağı bacarır
4.1.1.
Bel məmulatlarını tikir
Ətəkliyin xarici görünüşünün təsviri
Ətəklik qadın və qızlar üçün geyim dəstinin bir hissəsi və ya ayrılıqda geyim kimi
qəbul edilə bilər (şəkil 4.1.). Müasir ətəkliklər formasına və görünüşünə görə
müxtəliflik təşkil edir: dar düz, aşağıya doğru bir balaca enli (trapesiyaşəkilli),
əksinə aşağıya doğru ensiz; düz enli büzmələrlə, müxtəlif görünüşlü qatlamalarla
– ardıcıl, qarşılıqlı, bantşəkilli, klyoş, klinlərlə, qofre, plisse və s. Hər bir ətəkliyə
formasını saxlamaqla dəyişiklik və əlavələr (relyef tikişləri, koketkalar, kəsik və qatlamalar, üstdən
qoyma ciblər və s.) edilə bilər. Tikişin sayından asılı olaraq ətəkliklər bir, iki, üç və çox tikişli ola bilər.
Ətəkliyin yuxarı hissəsi kəmərlə və korsaj lenti ilə hazırlanır. Hal-hazırda ətəkliyin bağlama yeri “molniya”
zəncirbəndi ilə hazırlanır.
Şəkil 4.1 Müasir ətəkliklərin müxtəlif modelləri
Ətəkliyin ayrı-ayrı hissələrinin hazırlanması
Ətəkliyin hazırlanma ardıcıllığı: 1. Biçilmiş hissələrin yoxlanılması. 2. Simmetrik
hissələrdə xəttin bir hissədən digərinə keçirdilməsi. 3. Hissələri kəsik kənarlarının hazırlanması. 4.
Qarsaqların, qatlamaların, bəzək tikişlərinin və eləcə də, ciblərin hazırlanması, hissələrin birləşdirilməsi.
50
5. Bağlama yerinin hasırlanması. 6. Ətəkliyin aşağı kəsiyinin hazırlanması. 7. Ətəkliyin yuxarı kəsiyinin
hazırlanması. 8. Ətəklikdə son tamamlama işləri.
Dostları ilə paylaş: |