Az ə rbaycanda Pe şə


“Müxtəlif növ yaxalıqları tikir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə38/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   34   35   36   37   38   39   40   41   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Müxtəlif növ yaxalıqları tikir” 

Yaxalıqların müxtəlif növlərini sadalayın. 

Iki hissədən ibarət olan yaxalıqda hansı hissə böyük götürülməlidir və nə üçün? 

Yaxalığın boyun yerinə birləşdirilmə qaydalarını söyləyin. 

Trikotaj polotnosundan hazırlanan geyimlərdə yaxalığın boyun dairəsinə birləşdirilməsi 
hansı maşında yerinə yetirilir? 
3.2.1. Bağlamaların növlərini sadalamaqla tikilmə üsulunu müəyyən edir 

Bağlamaların hazırlanması 
Bağlama yeri zəncirbənd ilə hazırlanarsa, bu bağlamaların müxtəlif üsulları 
vardır. Bunlardan biz ikisini nəzərdən keçirəcəyik (Şəkil 3.10.). 

Zəncirbənd (molniya) bağlamasının açıq tesma ilə 
hazırlanması. Bu bağlamanı hazırlamaq üçün bağlama üçün verilən tikiş payını 
parçanın tərs tərəfindən işarə olunmuş xətt üzrə qatlayıb ütüləyirlər. Qatlanmış 
hissələri yan-yana qoyub çəp kökləmə tikişi vasitəsilə kökləyirlər. Sonra parçanın tərs tərəfindən molniya 
tesmasını elə qoyurlar ki, tesmanın dişlərinin ortası qatlamaların bir-birinə kökləndiyi yerə düşsün. 
Tesmanı düz kökləmə tikişi vasitəsilə kökləyib sonra maşın tikişi ilə parçanın üst tərəfindən tikirlər. Bu 
tikişin eni molniya tesmasının tikişinin enindən və formasından asılı olaraq götürülür. Zəncirbənd 
tesmasının aşağıda artıq hissələri gizli tikiş vasitəsilə əsas hissəyə tikilir. Bağlama hazır olduqdan sonra 
nəm əski ilə üst tərəfdən ütülənir. Zəncirbənd ilə bağlamaları hazırlayan zaman parçanı sərbəst saxlamaq 
lazımdır, yəni parçanı dartmaq olmaz. 
Şəkil 3.10 Bağlamaların hazırlanması: 
Açıq zəncirbənd, 2) Bağlı zəncirbənd 


44 

Zəncirbənd bağlamasının bağlı tesma ilə hazırlanması. Bu bağlamanı hazırlamaq üçün 
geyimin bağlanmasına verilən tikiş payını 1,5 sm enində tərs tərəfə qatlayıb ütüləyirlər. Sonra parçanın 
tərs tərəfindən tesmanın bir tərəfini elə kökləyirlər ki, onun dişləri qatlanmış hissədən kənara çıxmış 
olsun. Üstdən isə maşınla tikirlər. Tesmanın o biri hissəsini qatlanmış hissədən aralı tikirlər. Sonra isə 
bəzək tikişi ilə üst tərəfdən tikib ütüləyirlər. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin