Az ə rbaycanda Pe şə


Üstdən qoyma ciblərin hazırlanması



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə35/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   31   32   33   34   35   36   37   38   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Üstdən qoyma ciblərin hazırlanması 
Geyimlərdə geniş yayılmış üstdən qoyma ciblər formasına, ölçüsünə, konstruksiyasına, naxışına, 
görünüşünə, icra qaydasına və birləşdirilməsinə görə olduqca müxtəlifdirlər. Belə ciblər iki mərhələdə 
hazırlanır: cibin hazırlanması və qabaq hissəyə birləşdirilməsi.
Parça naxışlı (zolaqlı, mil-mil və damalı) olduqda ciblərin qabaq hissəyə uyğunlaşdırılması üçün 
onlar bir qədər böyük biçilir. Bu halda cib qabaq hissənin üzərinə (qeyd olunmuş yerə) qoyulub naxışlar 
bir-birinə uyğunlaşdırıldıqdan sonra ülgü ilə dəqiqləşdirilir və tikiş payı saxlanılmaqla artıq parça kəsilir. 
Cibin yuxarısı xarici görünüşünə görə bəzəksiz və ya listikə bənzər naxışla kəsik ilə və s. ola bilər (Şəkil 
3.7). Cibin yuxarısını listiksiz hazırladıqda yapışqanlı və ya kətan kromka qoyulur. Yapışqanlı kromka ütü 
ilə yapışdırılır, kətan kromka isə cibin qeyd olunmuş qatlanma xətti boyu qatlanan tərəfinə qoyulub 
yuxarı kənarı ilə tikilir. Yuxarı tərəfi düz xətli ciblərin qatlanma payı astar tərəfə ütülənir və 0,5-0, 7 sm 
enində içəri qatlanmaqla xüsusi maşında, gizli tikişlə cibə bənd edilir. Kənarı əyri xətli ciblər cibin 


40 
yuxarısının formasında biçilmiş köbə ilə hazırlanır. Köbənin kənarı cibə yuxarıda qeyd edildiyi kimi tikilir. 
Cibin qalan üç tərəfi isə qatlanıb köklənir, sonra isə ütülənir. Cib hazır olduqdan sonra geyimdə qeyd 
olunmuş yerə köklənir və üstdən getmə maşın tikişi ilə tikilir, ütülənir. 
Şəkil 3.7 Üstdən qoyma cibin işlənməsi 
3.2.2. Tələbələr üçün fəaliyyətlər 

Tələbələrə müxtəlif növ geyim məmulatları təqdim olunur və tələbələr onların üzərində 
olan ciblər haqqında məlumat verirlər. 

4 qrupa bölünün. Birinci qrupa daxil olan tələbələrin hər biri üstdən qoyma cibi, ikinci 
qrupa daxil olan tələbələrin hər biri listikli cibi, üçüncü qrup tələbələr qapaqlı kəsik cibi, 
dördüncü qrup tələbələr isə çərçivəli kəsik cibi hazırlayır. Sonra qruplar gördükləri işi saat 
əqrəbi üzrə bir-birinə ötürürlər və bir-birilərini qiymətləndirirlər. 

Bir tələbəyə əlavə mənbələrdən istifadə edərək qapaqlı kəsik cibin müxtəlif geyimlərdə 
işlənməsi haqqında təqdimat hazırlamaq tapşırılır. Bu təqdimat dərsdə nümayiş olunur və 
ətrafında fikir mübadiləsi aparılır. 

Bir tələbəyə əlavə mənbələrdən istifadə edərək listikli cibin hazırlanma ardıcıllığı 
haqqında təqdimat hazırlamaq tapşırılır. Bu təqdimat dərsdə nümayiş olunur və tələbələr 
öz əlavələrini edərək müzakirə aparırlar. 

Tələbələr emalatxanada müəllim tərəfindən verilmiş vaxt ərzində müxtəlif növ cibləri 
tikirlər. 
3.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin