38
uzununa (cibin istiqamətini təyin edən) və iki eninə (cibin ölçüsünü təyin edən) xətlə.
Qabaq hissənin tərs üzündən cib xəttinin altında kəsiklərdən 0,5 sm məsafədə 2 uzununa tikişlə
cibin altlığını elə kökləyirlər ki, onun tən ortası cib kəsiyi nişanlanan xətlə üst-üstə düşsün, onun bir ucu
yan kəsiyinə qədər çatsın, o biri ucu ilə bort araqatı materialının daxili kəsiyini 1-1,5 sm örtmüş olsun.
Təpçiməni 3 sm uzunluğunda düzünə tikişlə yerinə yetirirlər. Cibin astarının hər hansı bir ucuna üz
tərəfdən köbəni qoyur, kəsikləri düzəldir və eni 0,7 sm olan tikişlə calayırlar. Tikişi astar tərəfə ütüləyib
yatırdırlar. Astarın o biri tərəfinə üz hissə yuxarı olmaqla podzoru qoyub üst və yan kəsikləri
bərabərləşdirirlər; podzorun aşağı kəsiyini 0,7-1 sm ölçüdə içəriyə qatlayır, qatlanmış kənardan 0,1-0,2
sm məsafədə bəzək tikişi vururlar. Sonra hazır vəziyyətdə qapağın enini dəqiqləşdirir və qapağın geyimin
qabaq hissəsinə birləşdiriləcəyi yeri qeyd edirlər (Şəkil 3.5 a).Qapağı qabaq hissənin üst tərəfi aşağı,
işlənmiş kənarı yuxarı vəziyyətdə qoyurlar; qapağın və qabaq hissənin üstündə qeyd olunmuş xətləri üst-
üstə yerləşdirir və diqqət yetirirlər ki, cibin qabaq hissəsində naxışlar bir-birinə uyğun gəlsin; qapağı
kökləyir və maşınlayırlar, uclarında tikişi bərkidirlər (Şəkil 3.5 b, d). Geyimin qabaq hissəsinin üz tərəfinə
qapağı birləşdirən tikişlə uc-uca, cibin astarı ilə birlikdə köbəni üst tərəfi aşağı olmaqla elə
uyğunlaşdırırlar ki, onun ucları qapağın uclarından hər iki tərəfə 1-1,5 sm kənara çıxmış olsun; sonra
köbəni kökləyir və 0,4-0,5 sm enində tikiş gedir və ucları bərkidirlər.
Qapağın tikilmə xətti ilə köbənin tikişi arasındakı məsafə kantın, yaxud çərçivənin enindən
asılıdır. Bunu cibin altlığı tərəfdən yoxlayırlar. Qapaq və köbənin tikişləri bir-birinə paralel olmalı və bir
səviyyədə qurtarmalıdır (Şəkil 3.5 c). Cibin girəcəyi alt tərəfdən tikişlərin arasından, cibin mərkəzindən
başlayıb tikişə 1 sm qalana qədər hər iki tərəfə kəsilir. Sonra kəsiyi tikişlərin ucuna 1 sm qalmış üçbucaq
şəklində kəsirlər. Cibin kəsiyindən köbə ilə birlikdə astarı tərs üzünə keçirdirlər. Köbənin kənarını
düzəldərək 0,4-0,5 sm enində çərçivə əmələ gətirirlər. Sonra köbənin tikişindən 0,1-0,2 sm aşağıdan
kökləyirlər. Cibi hazır vəziyyətdə tərs və üst tərəfdən üstünə nəm ütüaltı material salıb ütüləyirlər (Şəkil
3.5 ç).
Şəkil 3.5 Qapaqlı kəsik cibin hazırlanma ardıcıllığı
Dostları ilə paylaş: