Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   27   28   29   30   31   32   33   34   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Körpünün hazırlanması 
Körpü paltoya, jaketə, gödəkcəyə və şalvara tikilir. Onun eni 1,0-1,2; 2,0-2,5 sm (ensiz) və 6-10 
sm (enli) olur (Şəkil 3.3). Ensiz körpü astarsız tikilir. Onun kənarı 1-1,5 sm üst-üstə qoyulur, kəsiyin kənarı 
0,5 sm içəri qatlanır və qatlama xəttindən 0,2 sm məsafədə tikilir (şəkil 3.3 a). Ağır parçadan tikilən ensiz 
körpünün kəsiyi xüsusi maşında ilməkləyici və ya 26 s. xüsusi maşında tikilir (şəkil 3.3 b). Sonra tikişin 
ortaya düşməsi üçün körpü düzəldilib ütü ilə ütülənir. Körpünü iki iynəli maşınla (şəkil 3.3. c) da tikmək 
olar. Orta ölçülü körpü parçanın avandı içəri olmaqla, kəsikdən 0,5 sm məsafədə tikilir (şəkil 3.3 ç) və 
çevrilib ütülənir. Körpü yapışqanlı kromkalıq parçadan da hazırlana bilər. Bu halda o öz formasında kəsilir 
və astar tərəfi yuxarı olmaqla yan kəsiyi elə qatlanır ki, kəsiklər uc-uca düşür (şəkil 3.3 d, e) və ütülənir. 
Bu üsul ilə işlədikdə əmək məhsuldarlığı artır və körpü şax dayanır. Enli körpü astarla hazırlanır. Astar 
üstdən 2 kant enində ensiz biçilir. Kantın eni parçanın qalınlığından asılıdır. Körpü qalın parçadan 
hazırlandıqda üz-üzə qoyulub 0,5 sm enində tikilir. Sonra üst tərəfə çevrilir, tikiş düzəldilib, ütülənir (şəkil 
3.3 ə). Nazik parçadan körpü, kənarları içəri qatlanmaqla astar tərəfi içəri üzdən kant alınmaqla tikilir 
(Şəkil 3.3 f).
 
Şəkil 3.3 Kəmər körpüsünün işlənməsi 


36 
3.1.2. Tələbələr üçün fəaliyyətlər 

Üç qrupa bölünün. Əlavə mənbələrdən istifadə edərək birinci qrup geyimlərdə müxtəlif 
cib qapaqları haqqında, ikinci qrup müxtəlif paltarlarda kəmərin istifadəsi haqqında, üçüncü 
qrup isə körpünün hazırlanması haqqında geniş təqdimat hazırlasın. Dərsdə təqdimatlar 
dinləndikdən sonra qruplar bir-birinin işlərinə öz rəylərini bildirirlər. 

Qruplara bölünün. Müəllim hər qrupa üzərində sual yazılmış vatman kağızı verir. Hər 
qrup sualın cavabını müəyyən vaxt ərzində kağıza yazır. Sonra kağızlar lövhədən asılır və 
verilmiş suallar ətrafında müzakirə aparılır. 

Üç qrupa bölünün. Birinci qrup müxtəlif cib qapaqları hazırlayır. İkinci qrup müxtəlif 
kəmərlər hazırlayır. Üçüncü qrup isə müxtəlif körpülər hazırlayır. Qruplar hazırladıqları 
nümunələri dəyişdirib bir-birinin işlərini qiymətləndirir. 

Tələbələrin hər biri emalatxanada məmulatın kiçik hissələrini (cib qapağı, kəmər, körpü) 
hazırlayır. 
3.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin