37
Şəkil 3.4 Çərçivəli kəsik cibin hazırlanma ardıcıllığı
Nazik parçadan hazırlanan məmulatlarda podzor tərəfdən cibin astarının hər hansı bir ucuna, üz
tərəfi yuxarı olmaqla qoyurlar, üst tərəf kəsiklərini bərabərləşdirib düzəldir, podzorun alt kəsiyini 0,7-
1,0 sm qatlayıb, qatlanmış kənarından 0,1-0,2 sm məsafədə maşında tikirlər. Qalın parçadan biçilən
məmulatlarda podzoru cibin girəcəyinin üst tərəfinə (üz tərəfi aşağı vəziyyətdə) qoyub, kəsiklərini
düzəldir və tikirlər. Tikişi 0,5-0,7 sm enində astara tərəf qatlayırlar. Qatlanan hissənin üst tərəfinə köbəni
qoyaraq kəsikləri cibin nişanlanmış xətlərinə kip yatırdıb, kəsiklərdən 0,3-0,4 sm məsafədə 1,0-1,5 sm
uzunluğunda düzünə kökləyirlər. Bu zaman, əgər cibin astarı bütöv biçilmişdirsə, köbəni astarla birlikdə
aşağıdan yerləşdirirlər. Köbəni kəsiklərdən 0,4-0,5 sm, kök tikişindən isə 0,1 sm məsafədə maşında
tikərək tikişin ucunu bəndləyirlər (şəkil 3.4 b, c). Tikişlər arasındakı məsafə kantın, yaxud çərçivənin iki
eninə bərabər olmalıdır. Köbənin tikişləri bərabər olmalı və bir səviyyədə qurtarmalıdır. Köbənin tikişinin
düzgünlüyünü astar tərəfdən yoxlayırlar. Cibin girəcəyini astar tərəfdən, tikişlərin mərkəzindən cibin
ortasından başlayıb hər iki tərəfə doğru kəsirlər. Cibin uclarına bir az qalmış üçbucaq şəklində kəsməklə
0,1-0,15 sm tikiş payı saxlanılır (şəkil 3.4 ç). Cib kəsiyindən köbəni astar tərəfə keçirib, kənarlarını
düzəldərək köbədən 0,4-0,5 sm enində çərçivə əmələ gətirirlər (şəkil 3.4 d). Cib girəcəyinin podzorlu
tərəfini üst köbə ilə üz tərəfi içəri olmaqla 2 sm uzunluğunda düzünə kökləyirlər. Üz tərəfdən üst köbəni
birləşdirirlər, tikiş xəttinə cibin üst köbəsini bərkidirlər. Bunu alt köbəni bərkidən üsul ilə yerinə yetirirlər.
Cibin köbələrini düzəldir və xaçvari tikişlə kökləyir, uclarını isə bəndləmə maşın tikişi ilə bəndləyirlər.
Eyni zamanda cib kisəsinin hər tərəfini maşın tikişi ilə küncləri dairəvi olmaqla, tikmək lazımdır (Şəkil 3.4
e). Hazır cib astar və üz tərəfdən nəmləndirilərək ütülənir.
Dostları ilə paylaş: