Az ə rbaycanda Pe şə


“İsti-nəmləndirmə əməliyyatları İNƏ yerinə yetirən zaman texniki şərtlərə əməl edir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   25   26   27   28   29   30   31   32   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“İsti-nəmləndirmə əməliyyatları İNƏ yerinə yetirən zaman texniki şərtlərə əməl edir” 

İNƏ yerinə yetirilməsində hansı texniki şərtlərə əməl edilməlidir? 

İNƏ yerinə yetirdikdə hansı növ parçalardan ütüaltı material kimi istifadə etmək olar? 

İNƏ keyfiyyəti nədən asılıdır? 

İNƏ temperatur rejiminə əməl edilməməsi nəyə səbəb ola bilər? 

Tikişlərin, hissələrin kənarlarının və bükümlərin ütülənməsində hansı şərtlərə əməl 
etmək lazımdır? 
 
 


33 
Təlim nəticəsi 3: Məmulatın ayrı-ayrı hissələrini hazırlamağı bacarır 
3.1.1. Məmulatın kiçik hissələrini hazırlayır 

Cib qapaqlarının növləri və onların hazırlanması 
Cib qapağı iki hissədən ibarət (qapaq və qapaqaltı), yaxud bütöv ola bilər. 
Qapağın üst hissəsi alt hissədən 0,2-0,3 sm (yan və aşağı tərəfləri) enli biçilir. 
Qapağı qapaqaltı ilə birlikdə üz tərəfi içəri olmaqla, kəsiklərini bərabərləşdirdik. 
Fərdi sifarişlə məmulatı hazırladıqda qapağı künclərdə və dairəvi sahədə 
yığmaqla köklənilir, 0,1 sm məsafədə maşınla tikilir. Tikişin eni kənar kəsikdən 
0,1-0,7 sm olmalıdır. Kökləmə sapını sökərək, uclarda 0,2-0,3 sm pay saxlamaqla kəsilir (Şəkil 3.1. a). 
Qapağı üz tərəfinə çevirir, kənarlarını düzəldir və kənarından 0,5-0,7 sm məsafədə kökləmə tikişi ilə 
tikirlər. Kökləməni qapaqaltı tərəfdən aparırlar, bu zaman qapaqdan 0,1-0,2 sm enində kant alınır (Şəkil 
3.1. b). Əgər modeldə nəzərdə tutulmuşdursa, qapağın kənarını üz tərəfdən yönəldici xətkeşin, yaxud 
yönəldicisi olan dabancığın köməyi ilə lazımi endə bəzək tikişi vururlar. Bundan sonra qapağın hazır 
vəziyyətdəki enini (qapaqaltı tərəfdən) müəyyən edən xətti qeyd edirlər və ütüləyirlər. Davamlı olmaları 
və onlara verilən formanın yaxşı saxlanması üçün yüngül geyim məmulatlarının cib qapaqlarının içərisinə 
çox zaman ara materialı qoyurlar. Həmin ara materialını bir üzü yapışqan çəkilmiş parçadan, bez, yaxud 
kolenkor tipli pambıq parçalardan biçirlər (Şəkil 3.1. c, ç). Bir üzünə yapışqan çəkilmiş parçadan biçilən 
ara materialını qapaqaltının tərs üzünə qoyub ütü ilə yapışdırırlar. Ütüləmə əməliyyatı ilə işləməyə çətin 
uğrayan parçalardan (yun və tərkibində lavsan olan ipək parçalar) olan məmulatlarda ara materialını 
qapağın tərs üzünə qoyub kənardan 0,6 sm məsafədə kökləyirlər; bu zaman qapağın künclərində yığma 
aparırlar. Bundan sonra ara materialı ilə birlikdə qapağı qapaqaltı ilə üz tərəfi içəri olmaqla ara materialı 
tərəfdən tikişlə işləyirlər. Tikişin eni 0,5 sm olur. Künclərdə tikişi kəsir, ara materialını çərtir, qapağı üz 
tərəfinə çevirirlər. Sonrakı əməliyyatlar ara materialı qoyulmayan qapağın işlənilməsində olduğu kimidir. 
Volanlı qapağın hazırlanmasında əvvəlcə volanın büzməsi hazırlanır, sonra qapaqaltı arasına qoyularaq, 
üz tərəfləri içəri olmaq şərti ilə əvvəlcə köklənilir, sonra isə maşında tikilir (Şəkil 3.1. d). Kök tikişi sökülür, 
künclər kəsilir, 0,2-0,3 sm saxlanılır. Qapağı üz tərəfə çevirib, adi qapağın işlənməsini davam etdiririk. 
Köbəli qapaq düzbucaqlı, kənarı dairələndirilmiş formada ola bilər. Düzbucaqlı formada olan qapaq üçün 
köbəni qapağın xarici kənarının formasında üç hissədən ibarət kəsirlər. Qapağı qapaqaltıdan, köbənin 
eni ölçüdə kiçik biçirlər (Şəkil 3.1. e). Köbəni qapaqla maşında tikirlər. Tikişin eni 0,5-0,7 sm-dir. Köbəni 
qapağa yapışdırıcı tikişlə birləşdirirlər (şəkil 3.1. ə). Köbənin daxili kənarını tərs üzə tərəf 0,5-0,7 sm 
ölçüdə qatlayıb, ütü ilə yatırdırlar. Qapağın üstünə köbə bəzək tikişi ilə nişanlanmış xətt üzrə tikilir. Əgər 
köbəni qapağın ancaq kənarında yerləşdirmək lazım gələrsə, onda qapaqaltının bəzək hissəsi hörülür 
(Şəkil 3.1. f). Qapaqaltının üstündə tabaşirlə qatlanma yerini müəyyən edən xətt nişanlanır. Qapağı 
qapaqaltı ilə, üz tərəfləri içəridə olmaq şərti ilə qapağın uzununa olmaqla, birləşdirici tikişlə tikib, ütü ilə 
açmaq lazımdır. Modeldən asılı olaraq qapaqaltını qapaqla yapışdırıcı tikişlə də birləşdirmək olar (Şəkil 
3.1. g). Bundan sonra qapaqaltını nişanlanmış xətt üzrə qatlayıb, üz tərəflər içəridə çevirici tikişlə tikmək 
lazımdır. Qapağı üz tərəfə çevirib, adi qapaq kimi hazırlamaq lazımdır. Kantlı qapaq əgər düzbucaqlı 
formadadırsa, onda əvvəlcə kantı hazırlamaq lazımdır (Şəkil 3.1. ğ). Kant üçün eni 4-5 sm olan zolaq 
biçilir. Zolağı iki qatlayıb, ütü ilə yatırdıb, kantın yan tərəfi qeyd edilir. Sonra künclərin birləşdirmə xəttini 
nişanlayıb, bu xəttin üzəri ilə kantın mərkəzindən hər iki tərəfə birləşdiririk. Kantı üz tərəfə çevirib, 
küncləri düzəldərək ütüləmək lazımdır. Cib qapağının haşiyələmə tikişi ilə hazırlanması üçün qapağı 
qapaqaltının üstünə tərs üzü içəri olmaq şərti ilə maşında 0,2-0,4 sm məsafədə tikirlər (Şəkil 3.1. h). 
Qapağın kənarı xüsusi tesma ilə də haşiyələnə bilər. Tesmanı qapağın formasında ütü ilə dartıb, xüsusi 
tərtibatın köməkliyi ilə bir tikişlə haşiyələmək olar. Xüsusi tərtibat olmadıqda, tesmanın digər tərəfi 
qatlanaraq qapağın üzərinə köklənilir, sonra isə tikilir. Tesma əvəzinə bəzək parça zolağından da istifadə 
etmək olar. Hazır halda qapaq ütülənir. 


34 
Şəkil 3.1 Cib qapaqlarının növləri: a – alt və üst qapağının birləşdirilməsi; 
b – fiqurlu qapaq; c və ç – ara qatı ilə hazırlanan qapaq; d – volanlı qapaq; 
e, ə, f, g – köbəli qapaq; ğ – kantlı qapaq; h – haşiyəli qapaq 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin