29
yastığının görünüşünə görə fərqlənir.
Preslər mexaniki,
elektrik, pnevmatik və hidravlik intiqallı olur
(Şəkil 2.2).
Şəkil 2.2 Preslər: a) Pnevmatik; b) Hidravlik və ya elektromexaniki
Mexaniki intiqallı preslərdə press yastığının açılma və bağlanma
mexanizmləri elektrik
mühərrikindən hərəkətə gətirilir; pnevmatik intiqallı preslərdə sıxılmış hava
vasitəsilə, hidravlik intiqallı
preslərdə isə silindrdə yağın təzyiqinin köməyi ilə işləyirlər. Bütün preslər
iki işəsalma düyməsini
basmaqla ışə düşür. Press yastıqlarının qızdırılması
üçün buxar, yaxud elektrik qızdırıcı elementlər –
spiralşəkilli, boruşəkilli və yarımkeçirici elementlər tətbiq edilir.
Ütüləmə işində ən çox ütülərdən istifadə edilir. Ütülərdən məmulatın
həm işlənilmə
prosesində, həm də son tamamlama dövründə onun isti-nəmləndirmə ilə forma verilməsi üçün istifadə
edilir. Qızdırılma üsulundan asılı olaraq buxar, elektrik və buxar-elektrik ütüləri vardır. Tikiş istehsalında
spiral qızdırıcı elementli elektrik ütüləri daha geniş yayılmışdır. İsti-nəmləndirmə ilə işləmə zamanı
temperatur rejimində diqqət yetirmək məqsədilə istilik-tənzimləyicisi olan ütülərdən istifadə edirlər.
Müxtəlif parça və materiallardan geyim hazırladıqda sənayedə spiral-boruşəkilli qızdırıcı elementi olan
ütülərdən geniş istifadə edilir. Ütüləmə işlərinin yerinə
yetirilməsində qəliblər, suçiləyicilər və ütüaltı
materiallardan istifadə olunur.
Qəliblərdən əl ütüləri ilə işləyən zaman istifadə edilir. Qəliblərin formaları və ölçüləri
onlarda yerinə yetirilən əməliyyatların xarakterinə uyğun gəlməlidir. Aparılan əməliyyatın və işlənilən
parçanın xarakterindən asılı olaraq qəliblərin səthinə mahud çəkilmiş olur.
Dostları ilə paylaş: