“Texniki təhlükəsizlik qaydalarına uyğun iş yerini düzgün təşkil edir”
İNƏ-da iş yerinin təşkili dedikdə nə nəzərdə tutulur?
İNƏ-da emal olunan hissədən gözə qədər məsafə nə qədər olmalıdır?
İNƏ-nin yerinə yetirilməsində hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır?
Şəkil 2.1.-dən istifadə edərək ütüləmə stolu haqqında danışın.
İNƏ-nın yerinə yetirilməsində hansı şərtlərə əməl edilməlidir?
2.2.1. Alət və avadanlıqlar haqqında məlumat verir
İsti-nəmləndirmə işlərinin yerinə yetirilməsində alət və avadanlıqlar Tikiş məmulatının isti-nəmləndirmə yolu ilə işlənilməsi dedikdə məmulat və
hissələrin xüsusi avadanlıqdan istifadə etməklə nəmlik, istilik və təzyiqin təsiri ilə
xüsusi işlənilməsi əməliyyatı başa düşülür. Geyim hazırlanması prosesində isti-
nəmləndirmə ilə işləmə əməliyyatı məmulatın tam işlənilməsinə sərf edilən
əməyin təxminən 15-25%-ni təşkil edir. İsti-nəmləndirmə əməliyyatı məmulatın
hazırlanması və hazır məhsulun bəzədilməsi prosesində aparıla bilər. Məmulatın keyfiyyəti və onun
xarici görünüşü həm işlənilmə prosesində, həm də son tamamlama prosesində aparılan isti-
nəmləndirmə əməliyyatından asılıdır. Bütün isti-nəmləndirmə əməliyyatı prosesi üç mərhələdən
ibarətdir: 1) liflərin nəmlik və istiliklə yumşaldılması; 2) təzyiqin təsiri ilə onlara müəyyən forma
verilməsi; 3) istiliyin və təzyiqin təsiri ilə nəmliyi yox etməklə alınmış formanın saxlanılması. İsti-
nəmləndirmə ilə işlənilmə prosesləri ütüləmə, presləmə və buxara vermə kimi üç növə ayrılır. İsti-
nəmləndirmə ilə işlənilmə əməliyyatında işlədilən avadanlıq elektriklə, elektrik-buxarla və buxarla
isidilən ola bilər.
İsti-nəmləndirmə ilə işlənilmədə istifadə edilən avadanlığı 5 qrupa ayırırlar: 1) universal press
avadanlığı; 2) xüsusi press avadanlığı; 3) ütüləmə stolları; 4) ütülər; 5) yardımçı və digər avadanlıqlar.
Universal avadanlıqlar qrupuna pnevmatik presləri (yüngül, orta və ağır ölçülü) aid edirlər.