Az ə rbaycanda Pe şə


“Əl və maşın tikişlərinin növ və təyinatını müəyyənləşdirir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   16   17   18   19   20   21   22   23   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Əl və maşın tikişlərinin növ və təyinatını müəyyənləşdirir” 

Şəkildə hansı tikiş növü verilmişdir? 
a)
Qatlayıb kökləmə tikişi 
b)
Köçürmə tikişi 
c)
Çevirib kökləmə tikişi 
d)
Kantlı tikiş 
e)
Kökləmə tikişi 

Aşağıdakı şəkillərdən hansında təpçimə tikişi göstərilmişdir? 


24 



Kantlı tikiş nədir və necə yerinə yetirilir? 

Düz tikişlər hansı tikiş növlərinin alınmasında iştirak edir? 

Tikiş nəyə deyilir? 

Əl tikişlərinin növlərini sadalayın. 

Maşın tikişlərinin növlərini sadalayın. 
1.4.1. Əl və maşın tikişlərini yerinə yetirərkən texniki şərtlərə əməl edir 

Əl tikişlərinin yerinə yetirilməsində texniki şərtlər. 
Tikiş sənayesində kişi, qadın və uşaq geyimlərinin hazırlanmasında əl tikişlərinin 
yerinə yetirilməsində aşağıdakı texniki şərtlərə əməl edilməlidir: 
1.
Köməkçi xətlərin (bort və yaxalığın künclərinin, bəzək xətlərinin 
və s.) tabaşirlənməsində köməkçi ülgülər və ya xətkeşlərdən istifadə edilməlidir. 
Tabaşirlə çəkillən xəttin qalınlığı 0.1 sm-dən artıq olmamalıdır. 
2.
Biçilmiş məmulatı ülgülər üzrə yoxladıqda tabaşirlənmə xəttinin daxili tərəfi ülgünün 
konturuna uyğun gəlməlidir. 
3.
Hissələrin çərtikləri və kəsik xətlərinin ucları tikiş xəttindən 0.1-0.15 sm məsafədə 
olmalıdır. 
4.
Tabaşir xətli kəski ilə köçürülən halda kəskinin çarxı tabaşirlənmə xəttinin tən 
ortasından keçirilməlidir. 
5.
Məmulatı bədənə ölçüb-uyğunlaşdırmaq üçün hazırladıqda, müvəqqəti təyinatlı digər 
tikişlərin yerinə yetirilməsində burulmuş iplik sapdan, eləcə də müvafiq nömrəli rəngli, yaxud ağ 
saplardan istifadə edilməlidir 
6.
Bütün kökləmə işlərini tabaşirlə nişanlanmış xətdən 0.1-0.15 sm aralı, hissənin kəsiyinə 
tərəf elə yerinə yetirirlər ki, kökləmə tikişləri sonrakı işlənilmə prosesində maşın tikişinin altına düşməsin 
7.
Kökləmə tikişlərinin uclarını 1-2 tikiş əksinə tikməklə möhkəmləndirirlər 
8.
Kökləmə saplarını məmulatdan sökmək üçün onları hər 10-15 sm-dən bir qayçı ilə 
kəsmək, sonra çəkib parçadan çıxarmaq lazımdır 
9.
Daimi təyinatlı əl tikişlərini icra etdikdə materialın rənginə uyğun gələn sapdan istifadə 
edirlər. Yun və pambıq parçalardan məmulat hazırlanmasında 50-80 №-li pambıq sap, ipək parça 
məmulatlarında 65-75 №-li ipək sap, süni və sintetik məmulatlarda isə 60-80 №-li pambıq sap işlədilir. 
Məmulatın bəzək hissələrini bəzəyin rəngində olan sapla tikirlər. Iki tərəfi açıq deşikli düymələri 


25 
düymənin rəngində sapla, dayaqlı düymələri isə parçanın rəngində olan sapla tikirlər. 
10.
İynənin №-si parçanın qalınlığına uyğun olmalıdır. 
11.
Daxili tikişlərin uclarını 2-3 tikişlə bəndləyirlər. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin