20
tikişi parçanın üst tərəfindən vurulur. Bəzək tikişinin eni 0,2-2,5 sm olur və məmulatın modelindən
asılıdır.
Yapışdırıcı tikiş (şəkil 1.15 ə, f) ara qatı materiallarının icrasında işlədilir. Bir kəsik o
birinin üzərinə 1,0 sm enində qoyulmaqla universal maşınla və ya 26 sinif xüsusi maşında ziqzaq tikişlə
birləşdirilir.
Baş-başa tikiş (şəkil 1.15 g, ğ) iki hissənin kəsiyini birləşdirməklə əldə edilir. Ara
materialını, xüsusilə nazik parçadan üst geyimin ara materialını tikdikdə işlədilir. Bu məqsədlə kəsiklərin
altına 3-4 sm enində kolenkor, ipək və s. parça qoyub tikirlər. Kəsiklər bir-birinə 26 sinif xüsusi maşında
ziqzaq tikişlə birləşdirilir. Bu halda ütüləmə əməliyyatı lazım gəlmir və ara materialının qalınlığı dəyişmir.
Baş-başa tikişdə 2-2,5 sm enində yapışqanlı parçadan istifadə edilir. Bu zaman maşın tikişınə ehtiyac
olmur. Yapışqanlı parça ütü ilə birləşdirilir.
Qapalı tikiş (şəkil 1.15 h, x) əsasən alt paltarı, döşəkağı, yorğanüzü və istehsalat xalatı
tikilməsində tətbiq edilir. Bu halda hissələr üz-üzə qoyulur, alt hissədə 0,9-1,4 sm, üst hissədə isə 0,4-
0,6 sm tikiş payı saxlanmaqla tikilir.
Tikilmiş hissəni üzü aşağı çevirib kəsiyin kənarını içəri qatlayıb, qatlanmış xətdən 0,1-
0,15 sm məsafədə qapalı baxya sırası salırlar. Hazır tikişin eni 0,4-0,5 sm olur.
Bağlı tikiş (şəkil 1.15 ı) qapalı tikişin bir növüdür. Bu tikişə az əmək sərf olunur, xüsusi
qatlayıcı vasitəsilə iki iynəli maşında icra olunur. Tikiş üz və astar tərəfdən eyni görünüşdə alınır.
Qoşa tikiş (şəkil 1.15 i) döşəkağı, yorğanüzü, nazik pambıq və ipək parçadan geyimlər,
eləcə də şalvar cibinin astarının kənarını tikəndə işlədilir. Hissənin astar tərəfi içəri olmaqla 0,3-0,5 sm
enində tikdikdən sonra hissə çevrilir, tikiş düzəldilir və 0,6-0,7 sm enində 2-ci tikiş salınır və kəsiklər
bağlanır.
Şəkil 1.15 Birləşdirici maşın tikişləri
Kənar tikişlər (şəkil 1.16) əsasən bəzək və hissələrin kənarından sapın sökülməsinin
qarşısını almaq üçün tətbiq olunur. Kənar tikişlər bunlardır: açıq kəsikli qatlama tikiş, qapalı kəsikli
qatlama tikiş, kəsiyi haşiyələnmiş qatlama tikiş, açıq kəsikli haşiyələnmiş tikiş, tesma ilə haşiyələnmiş
tikiş və çevrilən tikiş.
Dostları ilə paylaş: