Az ə rbaycanda Pe şə


Büzmə alınması üçün tikişlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   8   9   10   11   12   13   14   15   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Büzmə alınması üçün tikişlər qadın və uşaq üst geyimlərinin bəzi modellərinin 
hazırlanmasında istifadə edilir (Şəkil 1.8). 
Şəkil 1.8 Büzmə alınması üçün tikiş 
Büzmə əldə edilməsi üçün iki paralel tikiş salınır. Birinci tikişlə hissənin kənar kəsiyi arasındaki 
məsafə 0.2-0.5 sm, tikişlər arası məsafə 0.1-0.4 sm, tikişin uzunluğu 0.3-0.7 sm olmalıdır. Tikişin sapını 
lazım olan qədər dartır və alınmış büzməni hissənin bütün uzunluğu boyunca bərabər paylaşdırırlar. 

Çəpinə tikişlər 
Çəpinə tikişlər öz quruluşlarına görə düz tikişlərdən çox az fərqlənir. Fərq onların parça üzərində 
yerləşməyindən ibarət olur. Düz tikişləri yerinə yetirən zaman parçaya iynəni keçirdikdə düz xətdən heç 
bir kənaraçıxmaya yol verilmirsə, çəpinə tikiş qoyduqda işlənilən hissənin xarici, yaxud daxili tərəfində 
mütləq düz xətdən kənaraçıxma alınmalıdır (tikiş meylli olmalıdır).
Çəpinə tikişlər üst geyimlərin (palto, don) hazırlanmasında istifadə olunur. Çəpinə tikişlərlə 
məmulata həm müvəqqəti, həm də daimi xarakterli tikişlər qoyula bilər. 
Müvəqqəti təyinatlı tikişlərə kökləmə və çevirib kökləmə tikişləri, daimi təyinatlı tikişlərə isə 
ilmələməklə, təpçimə və basdırma tikişləri, habelə əsasən geyimin təmirində tətbiq edilən – hissələrin 
görünməz birləşdirilməsi üçün işlədilən tikişlər aiddir. 

Çəpinə kökləmə tikişləri üst geyimlərin işlənilməsində, hissələrin dayanıqlı 
birləşdirilməsi tələb edilən hallarda istifadə olunur. Çünki çəpinə kökləmə tikişləri hissələrin sonrakı 
işlənilməsi prosesində o tərəf bu tərəfə sürüşməsinə imkan vermir. Çəpinə kökləmə tikişi ilə alınan 
kökləmə tikişi daha elastik olub, parçanın dartılmasına mane olmur və parçanın aldığı formanı düz tikiş 
ilə alınan kökləməyə nisbətən daha yaxşı saxlayır. Sırığın uzunluğu 0,7-2,0 sm olur. Çəpinə tikişli 
kökləmələrdən ancaq saya parçalarda, tikişi hissənin kənarına yaxın məsafədə yerləşdirmək lazım gələn 
hallarda istifadə olunur; məsələn, paltarın qabaq hissəsinin bort ara qatı materialının qol yerinə və 
boyun yerinə paralel köklənməsində, bortaltına və yaxalığa köklənməsində belə tikişdən istifadə edilir 
(Şəkil 1.9). 


16 
Şəkil 1.9 Kökləmə tikişi: 
a – xarici görünüşü; b – istifadə edilməsinə misal 
Zolaqlı və dama-dama naxışlı parçalardan biçilmiş hissələri düzünə tikişli kökləmə ilə 
birləşdirirlər, çünki çəpinə tikişdə nəmlənib-isidilmə prosesində tikiş eninə istiqamətdə dartılma 
nəticəsində naxışını dəyişə bilər.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin