Sırıq tikişli çəpinə tikişlər üst geyimlərinin hazırlanmasında əsas hissələrlə ara
materialının birləşdirilməsi üçün tətbiq edilir, bununla məmulatın ayrı-ayrı sahələrinə (yaxa, yaxalıq və
s.) dayanıqlıq və elastiklik verilir. Çəpinə kökləmə tikişinin bir növü olan sırıq tikişinin əvvəlkindən fərqi
ondan ibarətdir ki bu halda hissənin işlənilən sahəsini sol əldə asılı vəziyyətdə öz bədəninin gövdəsinə
perpendikulyar şəkildə tutur və tikiş yuxarıdan aşağı və aşağıdan yuxarı istiqamətdə qoyulur. Bu zaman
birləşdiriləcək parçaların üst qatına iynəni axıra qədər keçirir, altdakını isə qalınlığının yarısı qədər, yəni
bir-iki sap götürürlər (Şəkil 1.12).
18
Sırığı yerinə yetirərkən sol əlin şəhadət barmağı ilə alt hissədə iynə yeri (sap) görünməməlidir.
Bunun üçün sapı çox bərk dartmaq məsləhət görülmür.
Sırıq tikişini paralel sıralarla yerləşdirirlər. Üst qatı azca yığırlar. Tikişi araqatı materialı tərəfdən,
əsas materialın rəngində olan 40-80
№
-li saplarla icra edirlər. Tikişin uzunluğu və tikişlərarası məsafə
0,5-1,0 sm, eni – aparılan əməliyyatdan asılı olaraq, 0,3-0,5 sm olmalıdır. Bəzi hallarda, məsələn, ara
materialı tükdən olduqda, sırıq tikişləri hər iki tərəfdən görünən ola bilər.
Şəkil 1.12 Sırıq tikişi:
a – xarici görünüşü; b – istifadə edilməsinə misal
Basdırma tikişli çəpinə tikişlə bortları işlədikdə kromkaların kənarlarını, eləcədə sapı
sökülməyən parçadan üst geyimlərin hissələrinin qatlanmış kənarlarını açıq kəsiklə basdırırlar. Məsələn,
qolun ağzının kəsiyini ara materialına, bortların daxili kənarlarını araqatı materialına və s. Kəsiyi sökülən
nazik qatlanmış kənarını bağlı kəsikli basdırma tikişi ilə bərkidirlər (Şəkil 1.13.).
Basdırma tikişini icra edərkən iynəni qatlanmış kəsiyin qarşısında parçanın qalınlığının yarısına
qədər, qatlanmış kəsiyin isə bütün qalınlığından keçirdirlər. Sonrakı tikişi yerinə yetirmək üçün iynəni
yenidən, birinci iynə deşiyin səviyyəsində parçaya keçirdirlər (birincidən 0,2-0,3 sm sola doğru). Sapı bərk
dartmırlar. Tikişin tezliyi 1 sm-də 2-4 ədəd olur. Basdırılan hissədə iynənin deşiyi ilə basdırılan kəsiyin
arasındakı məsafə açıq kəsikli kənarlarda 0,2-0,3 sm, bağlı kəsikli kənarlarda isə 0,1 sm-ə qədər olur.
Tikişin uzunluğu 0,3-0,5 sm olur. Əgər bir hissənin açıq kəsiyi o biri hissənin açıq kəsiyinə birləşdirilirsə
(məsələn, bortaltının daxili kənarları bort araqatı materialına, yaxud üst yaxalığın qatlanmış kənarları alt
yaxalığa basdırıldıqda), tikişin çox möhkəm alınması üçün iynənin deşdiyi yer ilə kəsiyə kimi olan
məsafəni 0,3-0,4 sm-ə kimi artırırlar. Bortaltının daxili kənarlarını basdırdıqda tikişin uzunluğu 0,7-1,0
sm, yaxalığın kənarlarını basdırdıqda isə 0,4-0,5 sm olur.
Pambıq parçalar üçün 20-40
№
-li pambıq sap, yun və ipək parçalar üçün 18, 33, 35, 65
№
-li ipək
saplardan istifadə edilir.
Şəkil 1.13 Basdırma tikişi:
a – xarici görünüşü; b – istifadə edilməsinə misal
19
Dostları ilə paylaş: |