21
Qapalı kəsikli qatlama tikiş (şəkil 1.16 b) üst geyimlərin, qadın paltarlarının, köynəklərin
tikilməsində işlədilir. Kəsiyin kənarı əvvəlcə 0,5-0,7 sm enində içəri qatlanır, sonra qeyd olunmuş xətt
boyu 2-ci dəfə qatlanıb xüsusi və ya universal maşınla basdırılır.
Kəsiyi haşiyələnmiş qatlama tikiş (şəkil 1.16 c) üst geyimlərinin hazırlanmasında tətbiq
edilir. Burada hissələrin kəsiyi əvvəlcə ensiz astarlıq parça və ya lent ilə haşiyələnir. Bunun üçün hissənin
üz tərəfinə ensiz haşiyə parçası qoyulub kəsiklər bərabərləşdirilir, 0,3-0,4 sm enində tikilir. Tikilmiş
haşıyə parçası əsas hissənin içəri tərəfinə qatlanıb tikiş xətti boyunca, üst tərəfdən 0,4 sm enində
bəndlənir. Sonra əsas hissə nişanlanmış qatlama xətti boyu qatlanıb köklənir və xüsusi maşınla basdırılır.
Açıq kəsikli haşiyələnmiş tikiş (şəkil 1.16 ç, d) geyim hissələrinin kənarını, geyimin
ətəyini, bortların içəri tərəfini və s. haşiyələmək və bəzək vurmaq məqsədilə işlənilir. Bunun üçün
astarlıq parçadan (əsas hissənin rənginə uyğun) 2,5-3,0 sm enində (əriş sapına nisbətən 45°) biçilir. Ensiz
haşiyə parçası əsas parça ilə üz-üzə qoyulub 0,3-0,4 sm enində tikilir. Sonra astar parça ilə birlikdə
qatlanıb xətti boyunca baxyalanır.
Qapalı kəsikli haşiyələnmiş tikiş (şəkil 1.16 e) alt və qadın paltarlarının (boyun yerini,
qol yerini, düymələmə yerini və s.) tikilməsində tətbiq olunur. Bu məqsədlə haşiyə parçası bir az enli
(5,0-6,0 sm) götürülür. Açıq kəsikli haşiyələnmiş tikiş kimi icra olunur. Ancaq burda haşiyə parçası əsas
parçanın hər 2 tərəfində 2 qat qatlanıb tikilir.
Çevrilən tikiş (şəkil 1.16 ə) yaxalığın, cib qapağının, bortun və geyimlərin başqa
hissələrinin kənarlarını, eləcə də qadın geyimlərində ilgəyin işlənilməsində tətbiq olunur. Bu tikiş 397 və
397-M sinif bıçaqlı maşında icra edilir. Bu zaman kəsiyin kənarını tikdikdə artıq parça kəsilib atılır.
Şəkil 1.16 Kənar tikişlər
Dostları ilə paylaş: