Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   14   15   16   17   18   19   20   21   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Bəzək tikişləri. Bəzək tikişlərinə relyef tikişləri, kantlı tikişlər və bükümlər daxildir (şəkil 
1.17). 

Relyef tikişləri. Kiçik bükümlər (incə qatlar) kofta, don və üst köynəklərində bəzək 
vasitəsi kimi tətbiq edilir. Kiçik bükümlərin eni, parçanın qalınlığından asılı olaraq 0,1-0,3 sm götürülür. 
Bükümlər xüsusi tərtibatın köməyi ilə daimi bəndlənmiş qatlama tikişli (şəkil 1.17. a) və baxyalı işlənilir. 
Daimi bəndlənmiş bükümlər xüsusi tərtibatla iki iynəli, yastı tikişli üç saplı maşında yerinə yetirilir.

Qaytanlı qabarıq tikişlər (şəkil 1.17. b) palto və donlarda bəzək məqsədilə tətbiq edilir. 
Belə tikişlər xüsusi maşında yerinə yetirilə bilər. Relyef tikişlərini xüsusi tərtibatlı dabanın, yaxud 
qaytantikən dabanın köməyi ilə birləşdirici tikiş maşınında da icra edirlər. Məmulat hissəsinin tərs üzünə 


22 
əsas parçadan kəsilmiş zolağı qoyub qeyd olunmuş xəttin üstündən üz tərəfdən tikirlər. Sonra parçanın 
iki qatı arasına qaytanı qoyub, parça ilə qaytanı örtməklə ikinci tikişi gedirlər. Tikilən qaytan sıralarının 
sayı modeldən asılıdır. Xüsusi maşında işlənilmə zamanı hissənin tərs üzündən parça zolağı qoymurlar. 
Çox nazik parçalardan məmulat hazırladıqda qaytandan istifadə etmirlər. 

Qabarıq relyef tikişləri bütöv hissələrdə (məsələn, üst geyimlərin, yüngül geyimlərin 
arxa və ön hissəsində, qollarında) relyef xəttinin alınması üçün tətbiq edilir. Qabarıq tikişin alınması üçün 
əsas hissənin tərs üzünə qeyd olunmuş xətt üzrə əsas materialdan (şəkil 1.17 c, ç), yaxud onun 
qalınlığında olan başqa materialdan kəsilmiş ensiz parça zolağını elə qoyurlar ki, zolağın tən ortası qeyd 
olunmuş xəttin üstünə düşsün; sonra əsas üzdən həmin xəttin üzəri ilə tikirlər. Bundan sonra əsas hissəni 
düz üzü içəri olmaqla zolağın tikildiyi xətt üzrə qatlayıb bir tərəfə, tikilmiş zolağı isə o biri tərəfə 
qatlayırlar. Bunun ardınca əsas hissə tərəfdən, qatlama yerindən 0,1-0,2 sm məsafədə, yaxud 
nişanlanma xəttinin üstü ilə ikinci tikiş xəttini axıra qədər işləməklə düz üzdə relyef tikişi alınır. Axırda 
əsas hissəni açırlar. Zolağın bəndlənməsi üçün onu hissənin hər hansı bir tərəfinə qatlayıb kökləyir, ütü 
ilə yatırdır və üz tərəfdən modeldə nəzərdə tutulmuş məsafədə bəzək tikişi ilə işləyirlər. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin